Qızın bikinili selfisi həyatını xilas etdi - FOTO
11:54 / 04.04.2017
1610
21 yaşlı Xlo Cordan bikinili selfilərinin onun həyatını xilas etdiyini iddia edib.
Milli.Az "Haberler"ə istinadla bildirir ki, tez-tez bikinidə selfi çəkən Xlo qarnındakı xalın böyüdüyünü görüb. O, xalı sildirmək üçün həkimə gedib. Həkimlər onu analiz ediblər.
Məlum olub ki, qızın qarnındakı xal deyil, ölümcül dəri xərçəngidir.
O, hazırda müalicə alır, vəziyyəti normaldır.
Xlo mətbuata bildirib ki, insanlar bədənlərində baş verən dəyişikliklərlə bağlı diqqətli olmalı, dərhal həkimə müraciət etməlidirlər.