"Meyitlərini maşının qarşısına atdım" - Bakıda qardaş və bacının başını kəsən oğlan

İki nəfəri öldürüb, digərinə xəsarət yetirən şəxs saxlanılıb və hadisənin təfərrüatları məlum olub.

Söhbət həyat yoldaşının xalasını yaralayıb, onun iki uşağını isə amansızlıqla öldürən şəxsdən gedir. Faciəvi hadisə ötən gün paytaxtın Nərimanov rayonunun ''Keşlə'' qəsəbəsində olub. Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarşısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə rayon prokurorluğu və polis idarəsinin əməliyyat-istintaq qrupu cəlb edilib. Polis əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərovu tutub. Onun idarə etdiyi avtomobilin yük yerinə baxış zamanı Lətifə Məmmədovanın 16 yaşlı oğlu Saqil Qasımzadənin üzərində zorakılıq əlamətləri olan meyiti tapılıb.

Hadisə zamanı xəsarət alan Lətifə Məmmədova cinayəti törətməkdə şübhəli bilinən Azər Cəfərovun həyat yoldaşının xalası olub. Saxlanılan şəxs ifadəsi zamanı əvvəlcə Saqil Qasımzadəni qətlə yetirərək avtomobilin yük yerinə qoyduğunu deyib. Daha sonra isə ailənin digər üzvlərinin yaşadığı evə yollanıb. Amma həmin evə çatanda Azər Cəfərov ailənin böyük oğlu Fərid Qasımazadə ilə rastlaşıb və birlikdə içəri giriblər. Bir müddətdən sonra Azər qohumları ilə sağollaşaraq Fəridlə birlikdə evdən çıxıb. Fərid Qasımzadənin evdə olmadığına əmin olandan sonra Azər yenidən həmin mənzilə qayıdıb. Qapını isə onun üzünə Lətifə Məmmədova açıb.

Saxlanılan şəxs qətlə yetirdiyi şəxslərin mənzilindən oğurluq da edib. O, xüsusi amansızlıqla törətdiyi cinayəti tamah məqsədi ilə etdiyini deyib.

Bu ağır cinayətlə bağlı Nərimanov rayon prokurorluğunda cinayət işi başlanıb, hadisənin dəqiq səbəbləri araşdırılır.

OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...