Metroda partlayış törədən qırğızdır? - Pasport FOTOsu yayıldı

Metroda partlayış törədən qırğızdır? - Pasport FOTOsu yayıldı

 

Sankt-Peterburqda 11 nəfərin ölümü, 50 nəfərin yaralanması ilə nəticələnən teraktla bağlı şübhəli bilinən 22 yaşlı gəncin pasport fotosu yayılıb.

Milli.Az "Mirror"a istinadla bildirir ki, Rusiyanın bəzi mətbuat orqanlarının yazdığına görə, terroru törədən kamikadze Rusiya vətəndaşı olan qırğızdır.

Bundan əvvəl isə təhlükəsizlik kamerasına düşən iki şübhəlinin görüntüsü yayılıb. Birinci şübhəlinin görüntülərində qırmızı gödəkçə geyinən eynəkli gəncin belində çanta ilə gəzməsi əks olunub.

 

kinci şübhəli isə uzun saqqalı olan orta yaşlı kişidir. Lakin o, özü polis məntəqəsinə gələrək hadisə ilə əlaqəsinin olmadığını söyləyib.

Qeyd edək ki, dünən onun təhlükəsizlik kamerasına düşən görüntüsü "Ren TV"də "Sankt-Peterburqu qana bulayan terrorçunun fotosu" başlığı ilə yayılıb.

Teraktla bağlı araşdırma davam edir:

 Milli.Az  hadisə ilə bağlı dəhşətli görüntüləri təqdim edir:

 






OXŞAR XƏBƏRLƏR