Evləndikdən sonra xərçəngə tutulan ərinə ELƏ BİR VİDA ETDİ Kİ ... - Dünya bu xəbərdən silkələndi - FOTOLAR
23:38 / 03.04.2017
3784
Jenna Buehler evləndikdən bir müddət sonra xərçəngə tutulan ərinin son günlərinin fotolarını çəkdi. Josh Buehler ata olduqdan bir neçə həftə sonra həyatını itirdi.
Sfera.az bildirir ki, ABŞ-ın Atlanta şəhərində yaşayan 39 yaşındakı Jenna və 41 yaşındakı Josh Buehler keçən il evləndi.
Evləndikdən bir neçə gün sonra Josh Buehler beyin xərçəngi olduğunu öyrəndi.
Josh Buehler əməliyyat edildi, beynindəki şiş yüzdə 90 təmizləndi və kemoterapiyaya başladı. Qısa müddət sonra da vəziyyəti ağırlaşdı.
Jenna Buehler ölmək üzrə olan həyat yoldaşından uşaq sahibi olmaq istədi.
Jenna Buehler tüp körpə üsulu Fevral 2016da hamilə qaldı. Keçən ay qızları dünyaya gəldi.
Cütlük qızlarına qovuşduqdan sonra böyük bir xoşbəxtlik yaşadı ancaq Josh Buehler qısa müddət sonra həyatını itirdi.
Jenna Buehler, fotoqraf Jennifer Keenan Giliberto'dan hamiləlik və körpəsinin doğumundan sonrasını əhatə edən ərinin son günlərini fotolarının çəkilməsini istədi.
Jenna Buehler, "Qızımın atasının mübarizəsini görmə fürsəti oldu. Ana və atasının bir-birlərini nə qədər sevdiklərini və qızlarını nə qədər istədiklərini gördü. Josh onu o qədər çox istədi ki ... Özü üçün deyil, qızı üçün döyüşdü "dedi.
Jenna Buehler aşiq olduğu adama ölmədən on dəqiqə əvvəl qızıyla belə vida etdi.