Nursultan Nazarbayevlə İlham Əliyevin görüşü olub - YENİLƏNİB - FOTO

Nursultan Nazarbayevlə İlham Əliyevin görüşü olub - YENİLƏNİB - FOTO
Sfera AZƏRTAC-a istinadən xəbər verir ki, aprelin 3-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin və Qazaxıstan respublikasının prezidenti Nursultan Nazarbayevin məhdud tərkibdə görüşü olub.

----------

11:14

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Qazaxıstan Respublikasının prezidenti Nursultan Nazarbayevin aprelin 3-də rəsmi qarşılanma mərasimi olub.

Sfera.az AZƏRTAC-a istinadən xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi.

Azərbaycan prezidenti İlham Əliyev Qazaxıstan prezidenti Nursultan Nazarbayevi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan prezidentinə raport verdi.

Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və prezident Nursultan Nazarbayev fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Qazaxıstan prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri prezident Nursultan Nazarbayevə, Qazaxıstan nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Azərbaycan və Qazaxıstan prezidentləri rəsmi foto çəkdirdilər.




OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...