"Başqasının qollarında gəzən..." - Tolik Səmradan nələr danışdı nələr...

Prodüser Tarix Əliyev (Tolik) "Eurovision 2016" təmsilçimiz Səmra Rəhimli ilə bir araya gəlib.

BiG.AZ xəbər verir ki, Tolik ifaçı ilə münasibətlərinin yaxşı olduğunu bildirib:

"Bu da Səmra. Heç bir tanışlığımız yox idi, amma anası ilə tanış idim. Bu günlərdə bir məclisdə idik və səmimiyyətinə inandım. Çünki bu qədər onun haqqında nə fikir dedim, heç vaxt çıxıb mənə cavab vermədi. Ona görə yox ki, məndən qorxdu. Bəlkə də mənim ilərlə əldə etdiyim təcrübəmə baxıb və düşünüb ki, əslində mən nə demişəmsə onun xeyrinə demişəm. Çünki özünə də dedim ki, ətrafında olan jurnalist dostların səni insanlara yalnız açıq-saçıq geyiminlə, hamını heyrətləndirdiyindən yazıb və səni Səmra kimi tanıtdı. Məncə estradaya yaraşan və səs, faktura olan gənc qızın yolu səhnə oldusa, orda da müğənni kimi uğur qazanmalıdır. Səmra, uğurların bol olsun".

Xatırladaq ki, prodüser bir müddət əvvəl Səmranın müsabiqə vaxtı geyimi və hollandiyalı yarışmaçının qucağında olan fotosunu tənqid edib, bu sözləri demişdi:

"Onun Azərbaycanı təmsil etdiyi vaxtlar etdiyi bəzi hərəkətlər özü üçün xoş olsa da, amma bir azərbaycanlı kimi mənə xoş deyildi. Çünki o, ilk dəfə idi ki, böyük arenaya düşmüşdü. Siz bilirsiniz ki, Hollandiyada kişi yoxdur, gərək lupa ilə axtarasan. Başqasının qollarında gəzmək, nə bilim… Bu da onun öz seçimi idi”.



OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...