Sizə gizli zənglər gəlir? — Gizli zəngləri açmağın yolları

Sizə gizli zənglər gəlir? — Gizli zəngləri açmağın yolları

Yəqin ki bir çox insanlara gizli (soclir) zənglər gəlir. Belə naməlum zənglərin gəlməsi istər istəməz telefon istifadəçiləri gizli zəngin kim tərəfindən olunmasını və həmin adamın müəyyən etməyin yollarını axtarırlar.

Sfera.az bildirir ki, gizli zənglərin təyin olunması üçün 3 yol var.

Birinci qayda: Əgər siz "Azercell" abunəçisisinizsə və sizə gizli nomrədən zəng gəlirsə bu zaman sizə həmin gizli zəngi açmaq üçün "Bakcell" nömrə lazımdır. Sizin "Azercell" nömrəyə zəng gələn zaman "Bakcell" nömrə də açıq olmalıdır. Sizə zəng gəldiyində telefonunuzla **67*055-------# kodunu yığın və sonra isə dərhal telefonunuzun "NO" düyməsini basaraq zəngi sonlandırın. Bu zaman zəng sizin "Bakcell" nömrəyə yönlənəcək və "Bakcell" nömrə olan telefonda həmin gizlədilmiş nömrə açıq gorünəcək.

İkinci üsul isə ev nömrəsi vasitəsilə gizli zəngi aşkarlamaqdır. Bunun üçün **21*+994 şəhər və ya rayon kodu + ev nömrəsi #yes yığılır. Qeyd edək ki, ev telefonunun nömrə yazma funksiyası olmalıdır. Bundan sonra sizə gələn zənglər ev telefonuna yönlənəcək. Gələn gizli nömrə isə açıq düşəcək. Yönləndirməni isə ##002 yığaraq ləğv edə bilərsiniz.

Sonuncu qaydanın tətbiqi üçün 2 nömrə - "Azercell" və "Bakcell" nömrələr olmalıdır. "Azercell" nömrənizi digər "Bakcell" nömrəsinə yönləndirirsiz, hansı ki, bu "Bakcell" nömrəyə gizlədilmiş nömrə düşməlidir. Sadəcə olaraq nömrəni yönlədirən vaxt "nə zaman məşğuldur" ayarını seçməlisiniz. Sonra isə "Azercell"ə zəng edib operatorun xəbərdarlığını, yəni "Bu nömrə başqa bir nömrəyə yönləndirilmişdir. Xahiş edirik gözləyin" sözlərini ləğv etdirmək lazımdır. Bundan sonra sizə gizli zənglər gələn zaman "NO" düyməsinə basmaqla telefon məşğul göstərir və gələn zəngi "Bakcell" nömrəsinə yönləndirirsiz. Nəticədə gizli nömrə aşkarlanmış olur.

Qeyd edək ki, istifadə edəcəyiniz hər iki nömrədə "Zəngimcell" tipli kampaniyalar olmamalıdır.

Qazeta.info


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda axtarışda olan şəxs Rusiyaya təhvil verildi

Azərbaycan beynəlxalq axtarışda olan Rusiya vətəndaşını ölkəsinə ekstradisiya edib.   Bu barədə Sfera.az-a Baş Prokurorluqdan məlumat verilib. &nb...

Biz Silahlı Qüvvələr Gününü artıq müzəffər ordu kimi, qalib xalq kimi qeyd edirik

Ordu dövlətin suverenliyi və ərazi bütövlüyünü təmin etmək üçün əsas qüvvə olaraq dövlət quruculuğunun tərkib hissələrindən biridir. Müasir Azərbaycan dövlət mü...

Azərbaycan Dəmir Yollarında yeni təyinat oldu

"AZCON Holding”in şirkətlərindən olan Azərbaycan Dəmir Yolları QSC-də (ADY) yeni təyinat olub.   Bu barədə Sfera.az-a səhmdar cəmiyyətində...

Tovuzda kütləvi zəhərlənmə olub

  Tovuzda kütləvi zəhərlənmə olub.   Sfera.az-ın məlumatına görə, rayonda 8 nəfər qidadan zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiri...

Ceyhun Bayramov İranın yeni səfirini qəbul etdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Müctəba Dəmirçilunu qəbul edib.   ...

Zakir Həsənov bu gün general olan zabitlərlə görüşdü- FOTOLAR

İyunun 25-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezidentin müvafiq Sərəncamına əsasən Müdafiə Nazirliyinin ali hərbi rütbələr verilən hərbi qulluqç...