\"Ermənilər \"alınmaz qala\"nı qoyub qaçdılar\" - Azərbaycanlı zabit

\

"Artıq 25 ilə yaxındır ki, ermənilər cəbhənin Talış-Madagiz istiqamətindəki ərazidə mühəndis-istehkam və bütün digər vasitələrdən istifadə edərək güclü müdafiə xətti yaratmışdı. Ermənistan rəhbərliynin də ən çox güvəndiyi yer məhz Madagiz-Talış istiqaməti hesab olunur, ora "yarılmaz qala" adlandırılırdı. Ordumuz isə aprel döyüşlərində cəmi 4 günə torpaqlarımızı işğal edərək 25 ilə yaxındır orada müdafiədə oturmuş ermənilərin bu döyüş əzmini qırdı. Erməni silahlı birləşmələri bizim əsgərin, silah və texnikanın qarşısında aciz qalaraq mövqelərini tərk edərək qoyub qaçdı. Aprel döyüşləri bir daha Azərbaycan ordusunda mənəvi-psixoloji vəziyyətinin yüksək səviyyədə olmasını, rəhbərlərinə və xalqına böyük inam olduğunu göstərdi".

Milli.Az xəbər verir ki, bunu 2016-cı ilin aprel hadisələri zamanı cəbhənin Talış-Madagiz istiqamətindəki döyüşlərdə iştirak etmiş Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı Ruslan Hacıyev deyib.

Onun sözlərinə görə, aprelin 2-nə keçən gecə düşmən Talış-Madagiz istiqamətində kəşfiyyat-təxribat qruplarından istifadə edərək bizim mövqelərimizə müxtəlif yerlərdən qəfildən hücum edib:

"Buna baxmayaraq, Azərbaycan ordusunun mərd zabit və əsgərləri ermənilərin bu hücumunun qarşısını aldı, nəticədə onları çoxsaylı itki verərək geri çəkilməyə məcbur etdi. Bu hadisə bölmələrimizin necə ayıq-sayıq xidmət aparmasının bir daha sübutu idi. Ali Baş Komandanımızın dediyi kimi, aprel döyüşləri dövlətimizin və ordumuzun gücünü, millətin həmrəyliyini göstərdi.

Düşmənin aprel döyüşləri zamanı mövqelərini qoyub qaçmasının əsas səbəbi odur ki, erməni hərbçiləri arasında mənəvi-psixoloji vəziyyət çox aşağı səviyyədədir. Onlarda komandir və rəis heyətinə inam yoxdur, o torpaqlar ermənilərin olmadığı üçün onun qədrini bilməyəcəklər. Həmin döyüşlərdə bir əsgərimiz belə döyüşdən yayınmadı, bəhanə edib geri çəkilmədi. Əksinə, hamı döyüşdə iştirak etməyə can atırdı. Məhz bu döyüş ruhu bizə Madagiz-Talış iqtisamətində sttareji yüksəklikləri geri qaytarmağımıza, bununla da düşmənin yerləşdiyi ərazidə dərinliklərdə, yollarda onların fəaliyyətini nəzarətdə saxlamağa, onların təxribat qruplarının basqın və hücumlarının qarşısını almağa imkan verdi".


OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...