Bakı metrosunda öpüşən qızla oğlan TAPILDI - Onlar elə danışdılar ki ...

Bakı metrosunda öpüşən qızla oğlan TAPILDI - Onlar elə danışdılar ki ...

Jurnalist Xaqani Səfəroğlunun metrodaki iki gəncə təpkisi ilə bağlı yazdığı status ciddi müzakirələrə səbəb olub. Jurnalistin mövqeyini dəstəkləyənlərlə yanaşı, ona qarşı çıxanlar da az deyil.

Metroda jurnalistin qınağına tuş gələn gənclərdən biri Cebhe.info-ya müraciət edərək yaranmış vəziyyətdən ciddi narahatlığını çatdırıb. Adını müəyyən səbəblərdən açıqlamadığımız gənc yanındakı qızın da vəziyyətdən narahat ola biləcəyini deyib və onu qorumaq üçün internet imkanlarını məhdudlaşdırdığını vurğulayıb.

Eyni zamanda metroda öpüşdükləri barədə deyilənləri qətiyyətlə rədd edib: "Hər bir şey yazır, çoxu da söyür. Niyə söyürlər axi? Biz pis bir şey etməmişik. Heç öpüşməmişik də. O dayı da (Xaqani Səfəroğlunu nəzərdə tutur-red.) qarşımızda idi, bizə baxırdı, mən də qızın əlindən tutmuşdum. Gördüm ki, dediklərimi eşidir, qızın qulağına demək üçün əyildim. O da ayağını yerə çırpdı. Yazırlar ki, guya təpik atıb. Amma o jurnalist ayağını yerə çırpdı.

Qışqırdı ki, uşaqlar var, nə edirsiz? "Ay əmi” dedim. Amma susmadı. Mən rus bölməsində oxumuşam, danışanda da hiss edilir. Qız da qorxdu, istəmədim məsələ böyüsün. "28 May” stansiyasında qatardan çıxdıq. Mənə pis gəlir axı. Hamı da öz yanımda danışır, söyürlər ki, guya metroda öpüşmüşük. Amma axı o jurnalist də yazmayıb ki, öpüşmüşük. (Xatırladaq ki, X.Səfəroğlu da statusunda gənclərin öpüşdüyünü yazmayıb, ancaq müzakirələrdə məsələ belə hallanıb- red.)
Mən qızın qulağına söz deyirdim ki, bizi eşitməsin, birdən hay-küy saldı. Bizə də təpik vurmayıb, ayağını yerı çırpıb”.

Həmsöhbətimiz deyib ki, indi yeganə istəyi məsələnin müzakirəsinə son qoyulmasıdır: "İstəmirəm ki, bundan artıq müzakirə etsinlər. Söz-söhbət gedib çatsa, o qızın halını da düşünün”.

P.S. Qeyd edək ki, gəncin sosial şəbəkədəki ünvanı və digər əlaqə vasitələri redaksiyamızda var.

OXŞAR XƏBƏRLƏR

Dövlət Departamenti: Ukrayna ilə bağlı qərarları Moskva və Kiyev verməlidir

Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarları Moskva və Kiyev danışıqlar masası arxasında qəbul etməlidir. Hərçənd ABŞ-nin bu məsələdə öz tələbləri var...

Niyə vəhşi heyvanlar safari maşınlarına hücum etmir?

Safari zamanı açıq nəqliyyat vasitəsi ilə yırtıcılara bu qədər yaxınlaşmaq ilk baxışdan çox təhlükəli görünə bilər. Ancaq əslində vəhşi təbiətdə belə turlar təə...

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür

Bu gün Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.   Sfera.az xatırladır ki, 1950-ci il iyunun 1-də BMT Baş Assambleyasının təşkilatçılığı ilə keçirilən ...

Bu qız “Dünya gözəli” seçildi

Tailandlı Suçata Çuanqsri "Miss World" gözəllik müsabiqəsinin qalibi olub. Sfera.az xəbər verir ki, müsabiqənin final mərhələsi Hindistanın ...

Bu sürücülər cərimələndi - VİDEO

Avtomobillərdən atmosferə atılan zərərli tullantıların ətraf mühitə, eləcə də insan sağlamlığına vurduğu zərərin qarşısının alınması məqsədilə Göyçay Rayon Poli...

Fidan münaqişəyə son qoymaq üçün avropalı nazirlərə zəng etdi

Türkiyə və Böyük Britaniyanın xarici işlər nazirləri Hakan Fidan və Jan-Noel Barrot Rusiya-Ukrayna münaqişəsinə son qoymaq üçün atılan addımları müzakirə ediblə...