Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz - TƏHLÜKƏ - VİDEO

Bu proqramları telefona yükləyərək istənilən adamı izləyə bilərsiniz - TƏHLÜKƏ - VİDEO

Sfera.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" verilişində mobil telefonların izləmə qurğusuna çevrilməsi məsələsinə toxunulub.

Texnologiya inkişaf edir. Bundan məmnun qalanlar çox olsa da, narazılar da az deyil. Texnologiyanın inkişafıyla xüsusilə mobil telefonlara yazılan bəzi proqramlar var ki, onların vasitəsilə telefonla danışdığın insanın yerini təyin etmək mümkündür:

Bu texnoloji yenilik kimi nə qədər yaxşı olsa da vətəndaşlar bundan məmnun deyil:

Cahid İsmayıloğlu (İT Mütəxəssis): "Həmin əməliyyat sistemlərində olan naviqatorlar naviqator sistemləri ilə birbaşa olaraq əlaqəyə keçir, sizin harada olmanızla bağlı məlumatı ikinci-üçüncü şəxslərlə paylaşır".

Ekspertlər bildirirlər ki, bunun qarşısını almaq üçün istifadə olunan mobil qurğunun naviqator sistemini söndürmək kifayətdir. Digər bir proqram vasitəsilə isə telefona gələn və kontaktda olmayan nömrənin sahibini təyin etmək olur. Ekspertlər bildirir ki, bu proqramı mobil telefonuna yükləyən şəxslər digər proqram istifadəçilərinin kontaktını bilmiş olur.

Elçin Məmmədov da bu tip proqramların belə rahatlıqla yayılmasının tərəfdarı deyil. O hesab edir ki, konfedensiallıq qaydalarına mütləq əməl edilməlidir: "Sizin "kontakt list"inizdə varsa, həmin o şəxslərdə yoxdursa, serverə "uploud" olunduğu zaman həmin şəxslərdə sizin listənizdəki adlar göstərir".

Zəruri bir qeydi nəzərinizə çatdıraq ki, internetə çıxışı olan hər bir qurğunun yaddaşındakı məlumatların yayılmamasına heç bir zəmanət yoxdur. Bəziləri antivirus proqramları ilə bunun qarşısını almağa çalışsa da, bu mümkün deyil. Çünki antivirus proqramları istifadə edilən qurğunu yalnız viruslardan qoruya bilər.

Ekspertlər çıxış yolu da göstərir. Çətin olsa da bu, insanların öz əlindədir. Maksimum dərəcədə diqqətli olmaq lazımdır.

Orxan Əhmədov (İKT mütəxəssis): "Proqram yükləyib quraşdıranda şərtlər orada qeyd olunur. İnsanlar yaxşı olar ki, yükləyən zaman şərtləri oxusunlar. Şəxsi məlumatların kənara axının qarşısını almaq üçün əlindən gələn edilməlidir.

Bax belə. Texnologiyanın inkişafı yaxşı haldır. Amma çalışaq ki, bu inkişafdan xeyrimizə istifadə edə bilək.

| ]



OXŞAR XƏBƏRLƏR

TikTok ilk dəfə Azərbaycan dilində rəqəmsal savadlılıq mövzusunda maarifləndirici layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...

"Qarabağ" Şuşada - VİDEO

"Qarabağ" klubunun futbolçuları, məşqçi heyəti və rəsmiləri işğaldan azad olunmuş bölgələrə səfər edirlər.   Sfera.az xəbər verir ki, ...

Çörək ilə bağlı ciddi XƏBƏRDARLIQ

Fransız həkimlər çörək, taxıl və kartof kimi gündəlik qida məhsullarında rast gəlinən zəhərli ağır metal – kadmiumun sağlamlığa təsirləri ilə bağlı ciddi ...

"Bu, qanlı və dağıdıcı bir hekayədir" - Lavrov

Rusiya İran ətrafında gərgin vəziyyətlə bağlı həm ABŞ, həm də İsrail rəhbərliyi ilə təmasdadır.    Sfera.az İnterfaks-a istinadən xəbər verir ki...

Sürücülərin DİQQƏTİNƏ! Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər...

Sabah saat 08:00-dan iyunun 29-u saat 22:00-a qədər Bakıda bəzi ərazilərdə yol təmiri işləri aparılacaq.   Sfera.az bu barədə Azərbaycan Avtomob...

Türkiyədə meşə yanğını başladı

Türkiyənin Antalya vilayətinin Qumluca rayonunda meşə yanır.   Sfera.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə 1 helikopter, 8 yanğı...