Erməniyə ərə gedən azərbaycanlı qızın yeni görüntüləri — FOTO + VİDEO
Cəmiyyət
22:33 / 30.03.2017
1353
Erməni Artyom Xaçaturyan və onun azərbaycanlı həyat yoldaşı Leyla qızları Adelin 1 yaşını qeyd edib.
Sfera.az baku.ws-ə istinadən xəbər verir ki, sosial şəbəkələrin aktiv istifadəçisi olan Leyla ad günüdən fotolar yayıb. Dörd ildir Artyom Xaçaturyanla evli olan həmyerlimizin sosial şəbəkədə paylaşımlarında sülh şəraitində bərabər yaşamağı tez-tez vurğulayır.
Bundan başqa Leyla erməni qohumları və həyat yoldaşı ilə birlikdə Novruz bayramını da qeyd edib.
Qeyd edək ki, Leylanın atası azərbaycanlı, anası osetindir.