ŞOK! Azərbaycanlı məmurun arvadı özünü asdı

ŞOK! Azərbaycanlı məmurun arvadı özünü asdı
Qəbələ rayon icra hakimiyyəti başçısının müavini Arif Allahverdiyevin həyat yoldaşı intihar edib.

Məlumatı azadlıq.info-ya rayondakı mənbələr verib.

Məlumatda deyilir ki, qadın özünü Nohurqışlaq kəndində yaşadıqları evin tualetində asıb. Qadının niyə intihar etdiyi barədə dəqiq məlumat verilmir. Güman edilir ki, ailə-məişət zəminində olub.

"Qaynar" dəqiqləşdirmə üçün Qəbələ rayon İcra hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının müavini, ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Ətayə Osmanova bildirdi ki, biz də məlumatdan oxumuşuq, doğru olub-olmadığını bilmirik. Arif Allahverdiyevin nömrəsini istədikdə isə telefon dəstəyini asıb. 

Arif Allahverdiyev isə telefon zənglərinə cavab verməyib.

OXŞAR XƏBƏRLƏR