"Avtoş" sürücünün hərəkəti polkovniki dəhşətə gətirdi - VİDEO

Birtərəfli yolda əks istiqamətə çıxaraq sona qədər yüksək sürətlə hərəkət edən "VAZ-2107" markalı avtomobil sürücüsünün dəhşət saçan videosu yayılıb. Avtosfer.az-ın yaydığı videoda sürücünün qarşıdan gələn avtomobillərlə toqquşa biləcəyini dərk etsə də, buna məhəl qoymayaraq yolun hərəkət hissəsindən kənara çıxmadığı və sürəti artırdığı görünür. Onların spirtli içki və ya narkotik maddənin təsiri altında olduğu ehtimal edilir. Yayılan görüntülər barədə baku.ws saytına danışan Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, videonu izləyərkən dəhşətə gəlib: "Bu videoya baxdım və dəhşətə gəldim. Bu insanlar təkcə özlərini deyil, həmçinin yolda olan digər sürücüləri də təhlükəyə atırlar. Onlar sanki, bu vəziyyətdən zövq alır və bunu böyük qəhrəmanlıq kimi təqdim edirlər. Bakı Şəhər Dövlət Yol Polis İdarəsi olaraq biz bu şəxslərin tutulub məsuliyyətə cəlb olunması üçün bütün vasitələrimizi səfərbər edəcəyik. Görüntüləri diqqətlə analiz edib, bu yolun harda olduğunu kameralar vasitəsilə dəqiqləşdirməyə çalışacağıq. Onların səsindən və görüntülərindən şəxsiyyətlərini müəyyənləşdirərək məsuliyyətə cəlb edəcəyik. Çünki insanların bu cür təhlükəli hərəkətləri onların təkcə özlərinə deyil, həmçinin də ətrafdakı digər günahsız insanların da həyatına son verə bilər. Biz həmçinin sürücüləri və sakinləri də belə insanlara qarşı diqqətli olmağa çağırır, şahidi olduqları bu cür qanun pozuntularını ictimailəşdirilməsində yardımçı olmağa səsləyirik”, - deyə Vaqif Əsədov bildirib.

 

Vaqif Əsədov daha sonra bu cür faktların aşkarlanmasında və yayılmasında KİV nümayəndələrinin əvəzolunmaz rolu olduğunu da vurğulayaraq, onlara öz təşəkkürünü bildirib.


OXŞAR XƏBƏRLƏR

ADNSU-da Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirildi - FOTOLAR

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə hərbi-vətənpərvərlik mövzusunda tədbir keçirilib. T...

Rus ordusu Yaltanı ələ keçirdi

Rusiya ordusu Donetsk vilayətinin Yalta yaşayış məntəqəsini ələ keçirib.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb....

PA şöbə rəhbərinin müavinləri diplomatik pasport əldə edə BİLƏCƏK

Diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.   Sfera.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Pasp...

Günəşin ən dəqiq görüntüsü əldə olundu - FOTO

ABŞ-li alimlər Günəşin səthinin indiyədək qeydə alınmış ən detallı görüntüsünü əldə ediblər.  Sfera.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Mi...

Əhaliyə xəbərdarlıq: İyunun 26-28-də...

İyunun 26-28-də bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidm...

TikTok rəqəmsal savadlılıq mövzusunda layihəyə start verib

TikTok Azərbaycanda rəqəmsal təhlükəsizlik üzrə ilk maarifləndirici layihə olan #ÖncəTəhlükəsizlik kampaniyasına start verir. Layihənin məqsədi istifadəçilərə r...