Uşağını öldürən atanın tükürpərdici qətl mesajı - FOTOFAKT

Uşağını öldürən atanın tükürpərdici qətl mesajı - FOTOFAKT
Sabirabadda yeddi yaşlı uşağın qətli ilə bağlı yeni təfərrüatlar məlum olub.

İstipress xəbər verir ki, hadisə ailə münaqişəsi zəminində dünən axşam baş verib. Belə ki, 27 yaşlı Röyal Məmmədov qaynanasının adına olan torpaq sahəsini satmaq istəyib. Lakin həm həyat yoldaşı, həm də qaynanası buna razılıq verməyiblər. Evdə dava salan Röyal əvvəlcə həyat yoldaşının üzərinə hücum çəkib. Təzyiqdən qorxan qadın xalasıgilə qaçıb. Röyal Məmmədov isə qaynanasından uşağı ona verməyi tələb edib. Qaynanası isə "qoy uşağı geyindirim, sonra apar" deyib. Uşağı öldürməyə aparan Röyal Məmmədov hadisədən əvvəl qaynanasına ismarıc ünvanlayır: "Sədiyə de ki, bir də Röyamini görməyəcək. Aparıram başını kəsməyə. Bu da qisas". Həmin tükürpədici ismarıcın fotosunu sizə təqdim edirik:
 
Qeyd edək ki, amansız hadisəni törədəndən sonra qatil ata müstəntiqə zəng edərək: "Bir paçka siqaret al gəl, sənə meyit verəcəm" deyib. 
 
Röyamin Məmmədov üçuşaqlı ailənin ən böyük övladıdır. Kənd məktəbinin birinci sinfində təhsil alan Röyamin əlaçı şagird olub. Nənəsinin sözlərinə görə, Röyamin atasından qorxurdu. Hətta hadisənin baş verdiyi gecə: "Nənə məni atama vermə, qorxuram" deyib.



Röyaminin anası Günel Məmmədovanın verdiyi məlumata görə, Röyal bir neçə il əvvəl kiçik
oğlunu da qaçırıbmış. Lakin ona xələl yetirməyib geri qaytarmışdı. Amma bu dəfə fərqli oldu: "Röyal bilirdi ki, mən Röyamini çox istəyirəm. Məni ən çox onun ölümü yandırar. Ona görə də onu öldürdü " - deyib.

 

 

OXŞAR XƏBƏRLƏR

“Playboy” modeli göstərişli həyatından imtina edərək fermaya köçdü

Keçmiş “Playboy” modeli Katjira sıx iş qrafikindən yorularaq bağçılıq və əkinçiliklə məşğul olmaq üçüb özünə ferma alıb.   Sfera.az bildiri...

Şokolad haqqında mif dağıdılıb - Bu halda təhlükəsizdir...

London Kral Kollecinin alimləri şokolad yemək və sızanaqlar arasında əlaqə haqqında mifi dağıdıblar.   Sfera.az xəəbər verir ki, bu barədə "BBC&qu...

40 il yatmadan sağ qalmağı bacaran adam - FOTO

Yuxu yaşamaq üçün ən vacib ehtiyaclarımızdan biridir. Bəs, insan 40 il yatmadan həyatına necə sağlam şəkildə davam edə bilər? Sfera.az bildirir ki, Birinci...

Konsentrasiya düşərgəsinin qalığı: Qaranlıq tarixə malik keçmiş ruhi xəstəxana sökülür

Britaniyada 20-ci əsrin əvvəllərində psixiatriya xəstəxanası olan və son vaxtlar şəhərcik kimi istifadə edilən tarixi “Storthes Hall” xəstəxana bina...

Səhvən qonşusunun üstünə su tökən qadın mühakimə olunacaq

Kanadanın Ontario şəhərində yaşayan 58 yaşlı Wendy Washick, uşağı ilə oynayan zaman ehtiyatsızlıqdan qonşusunun sinəsinə su tapançası ilə vurub. İndi o, silahlı...

Bahar Candan azadlığa buraxıldı

Ötən il dələduzluq və çirkli pulların yuyulması ittihamı ilə həbs edilən türkiyəli fenomen Bahar Candan azadlığa buraxılıb.   Sfera.az xəbə...