Azərbaycanda vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyən olundu

Azərbaycanda vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyən olundu

Nazirlər Kabineti vəzifəli şəxslərlə bağlı yeni məsuliyyət müəyyənləşdirib.

Sfera.az report-a istinadən xəbər verir ki, bununla bağlı qərarları baş nazir Artur Rasi-zadə imzalayıb.
"Dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatların büdcədənkənar vəsaitləri haqqında Əsasnamə"də edilən dəyişikliyə əsasən, bundan sonra büdcədənkənar vəsaitlərin təyinatı üzrə istifadə edilməməsinə görə, vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar. 
Bundan başqa, "Azərbaycan Respublikası gömrük sisteminin büdcədənkənar inkişaf fondu haqqında Əsasnamə və fondun vəsaitinin xərclənməsi Qaydaları"nda da dəyişiklik edilib. Belə ki, Gömrük sisteminin inkişaf fondunun vəsaitinin təyinatı üzrə istifadə edilməməsinə görə vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar.

Digər dəyişiklik isə "Diplomatik xidmət əməkdaşlarına təminat və kompensasiyaların verilməsi Qaydaları" ilə bağlıdır. Qaydada edilən dəyişikliyə əsasən, bundan sonra diplomatik nümayəndəliyə ayrılan maliyyə vəsaitlərinin təyinatı üzrə istifadə edilməməsinə görə, vəzifəli şəxslər qanunla müəyyən edilən qaydada məsuliyyət daşıyırlar. 

 

Nazirlər Kabineti "Dövlət zəmanəti ilə alınan borcların Təminat Fondunun vəsaitinin idarə olunması, uçotunun aparılması və istifadəsi Qaydaları"nda, "Ünvanlı dövlət sosial yardımı almaq hüququna malik olan aztəminatlı ailələrə məxsus yaşayış evlərinin və mənzillərin icbari sığortası üzrə sığorta haqlarının dövlət büdcəsinin vəsaitləri hesabına ödənilməsi Qaydası"nda, "Vergi orqanlarının büdcədənkənar fondunun formalaşdırılması və onun vəsaitlərindən istifadə Qaydası"nda, "Kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına, habelə buğda və çəltik əkininə görə dövlət büdcəsinin vəsaiti hesabına yardımların verilməsi Qaydaları"nın və "Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti və digər hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçılarına mineral gübrələrin, biohumusun və pestisidlərin güzəştlə satılması Qaydaları"nda da eyni məzmunlu dəyişiklik edib. 


OXŞAR XƏBƏRLƏR

Bu cütlüklərdə boşanma faizi çoxdur - YENİ TƏDQİQAT

İndiana Universitetinin psixoloqları tərəfindən aparılan araşdırma qadın-kişi münasibətləri ilə bağlı maraqlı faktları üzə çıxarıb.   Sfera.az xəbər...

Məşhur şirkətdən Cümşüdlə bağlı PAYLAŞIM

Xəbər verdiyimiz kimi, Bakının Nərimanov rayonu, Baksol yolu adlanan ərazidə kanalizasiyaya düşən 27 yaşlı Cümşüd Cümşüdlünün meyiti tapılıb.   Sfera...

Ombudsman Rusiyaya müraciət etdi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Rusiya Federasiyasında baş vermiş azərbaycanlılara qarşı zorakılıq hadisəsi ilə bağlı Rusiya Ombudsman...

Qaraciyər xəstəliyini erkən aşkar edən süni intellekt hazırlandı

Osaka Universitetinin alimləri qaraciyərdə piy yığılmasını, yəni yağlı qaraciyər xəstəliyini erkən mərhələdə aşkar edə bilən süni intellekt sistemi hazırlayıbla...

İraqda Türkiyə Ordusunun taboruna hücum olub, 10 hərbçi yaralanıb

İraqda Türkiyə Silahlı Qüvvələrinin beşinci komando taboruna pilotsuz uçuş aparatları vasitəsilə hücum olub, 10 hərbçi yaralanıb.   Sfera.az “C...

Le Pen: Makron Fransa parlamentini tezliklə buraxa bilər

Sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri Marin Le Pen hesab edir ki, Fransa prezidenti Emmanuel Makron yaxın gələcəkdə Milli A...