Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə veriləcəyi TARİX AÇIQLANDI
18:24 / 28.03.2017
929
"Bakı-Tbilisi-Qars dəmir yolunun (BTQ) açılış mərasimi iyun ayının sonunda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə keçiriləcək".
Sfera.az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan deyib.
Nazirin sözlərinə görə, BTQ dəhlizi Avropa ilə Çin arasında fasiləsiz dəmir yol əlaqəsini təmin edəcək.
O vurğulayıb ki, bu dəmir yolu vasitəsilə Çindən Avropaya yüklər 12-15 gün ərzində çatdırılacaq.