Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı

Bakıda marşrut sahiblərinin səlahiyyəti əllərindən alındı
Bakıda fəaliyyət göstərən marşrut xətti sahibləri sürücü işə götürə bilməyəcək.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəhbəri Mais Ağayev APA TV-yə bildirib. İstiPress xəbər verir ki, qurum rəsmisi bu səlahiyyətin sahibkarlardan götürüldüyünü deyib və bunu marşrut xətti rəhbərlərinin tanışlıq və qohumluq əlaqələri hesabına xeyli səriştəsiz insanları işə götürmələri ilə izah edib. 

"Sürücülərin təlim keçməsi üçün Bakı Nəqliyyat Agentliyinin nəzdində sürücü təlim mərkəzi yaradılıb. Burada sürücülərə etik davranış, avtomobil idarəetmə, yol hərəkət qaydaları və gözlənilməz vəziyyətlərlə bağlı təlimlər keçiriləcək. Yalnız bundan sonra daşıyıcılar quruma sürücü üçün müraciət edəcək və onların marşrut xəttinə istənilən sayda peşəkar sürücü yönəldiləcək".

Mais Ağayev həm də qurumun qeydiyyatından keçən bütün sürücülərin fəaliyyəti ilə bağlı vahid sürücü bazasını yaradıldığını və bu sistemin ilin sonunadək hazır olacağını deyib. Bu da hər hansı qəza törədən, intizamsız hərəkət edən, nöqsanları qeydə alınan sürücülərin başqa marşrut xəttində rahatlıqla işə düzəlmələrinin qarşısını alacaq.

OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...