Azərbaycana qanunsuz yolla dərman gətirən şəxs aeroportda saxlanıldı

Azərbaycana qanunsuz yolla dərman gətirən şəxs aeroportda saxlanıldı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən xeyli miqdarda dərman vasitəsinin qanunsuz dövriyyəsilə əlaqədar fakt qeydə alınıb.

Dövlət Gömrük Komitəsindən Sfera.az-a verilən məlumata görə, İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında, Heydər Əliyev Beynəlxalq Hava Limanında Naxçıvan-Bakı aviareysilə gələn sərnişinləri qarşılayan Azərbaycan vətəndaşı saxlanılıb.

Həmin şəxsin ayrı-ayrı sərnişinlərdən təhvil aldığı üç ədəd çantanın içərisindəki malların yoxlanılması zamanı, oradan "Devit-3 İ.M/Oral AMPUL", "Transamine %5 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL", "Transamine %10 a/h İ.M./İ.V. Enjeksiyonluk Çözelti Traneksamik Asit 10 AMPUL" və "Proluton Deport 500mg/2ml" adlı cəmi 422 ədəd dərman vasitəsi aşkar olunub.

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin arayışına əsasən, adıçəkilən dərman vasitələri dövlət reyestrində qeydiyyatdan keçməsi mütləq olan dərman vasitələrinin siyahısına daxildir, lakin onların heç biri dövlət qeydiyyatından keçməyib.

 

Xatırladaq ki, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin satışı, satış məqsədilə saxlanması və ya idxalı, bu əməllər xeyli miqdarda törədildikdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1-ci maddəsinə əsasən müvafiq məsuliyyətə səbəb olur.

Faktla bağlı araşdırma aparılır.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...