Azərbaycanın ən yaxşı voleybolçuları - SİYAHI

Azərbaycanın ən yaxşı voleybolçuları - SİYAHI

Qadın voleybolçular arasında Azərbaycan Super Liqasının 2016/2017 mövsümünün simvolik yığması açıqlanıb.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, tarixində ilk dəfə olaraq qızıl medallara yiyələnən "Telekom"un 2 oyunçusu bu komandada yer alıb.

Belə ki, yarışın ən dəyərli voleybolçusu (MVP) adını Yelizaveta Səmədova qazanıb. O, bu titulu ötən il "Azərreyl"də oynamış Madison Kinqdondan təhvil alıb. Yığmamızın hücumçusu bununla kifayətlənməyib. Səmədova 9 nominasiyadan 3-də bütün rəqiblərini qabaqlayıb. "Telekom"un kapitanı MVP olmaqla yanaşı, ən yaxşı hücumçu və topu ən yaxşı oyuna daxil edən də seçilib.
 
Onun komanda yoldaşı Olena Həsənova isə blokçular arasında ən güclü olduğunu göstərib.
 
Çempionatın bombardiri bürünc mükafatçı Yelena Yakimçuk ("Azəryol") olub. "Azəryol"un digər üzvü Yuliya Kərimova isə 2 - ən yaxşı libero və ən yaxşı toppaylayıcı mövqedə birinci olub.
 
Ümumilikdə, "doqquzluq"da çempion "Telekom", həmçinin ikinci yeri tutan "Azərreyl" və bürünc medalçı "Azəryol" 2 oyunçu ilə təmsil olunub.
 
2016/2017 mövsümünün simvolik komandası
Ən dəyərli voleybolçu - Yelizaveta Səmədova (Telekom)
Ən yaxşı bombardir - Yelena Yakimçuk (Azəryol)
Ən yaxşı toppaylayıcı - Danitsa Radenkoviç (Azərreyl)
Ən yaxşı blokçu - Olena Həsənova (Telekom)
Ən yaxşı hücumçu - Yelizaveta Səmədova (Telekom)
Ən yaxşı libero - Yuliya Kərimova (Azəryol)
Topu oyuna ən yaxşı daxil edən - Yelizaveta Səmədova (Telekom)
Ən yaxşı topqəbuledici - Malika Kanzonq (Azərreyl)
Ən yaxşı müdafiəçi - Yuliya Kərimova (Azəryol)


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...