2017-ci ildə “cəhənnəm iqlimi” olacaq - Meteoroloqlar Xəbərdarlıq Etdi

2017-ci ildə “cəhənnəm iqlimi” olacaq - Meteoroloqlar Xəbərdarlıq Etdi
Meteoroloqlar 2017-ci ildə "cəhənnəm iqlimi” olacağını xəbər verirlər. Bu barədə Dünya Meteorologiya Təşkilatının (WMO) məruzəsində məlumat verilib. Məruzədə bildirilir ki, iqlim dəyişiklikləri dönməz xarakter ala bilər və elə bu il fəlakətli fəsadlar törədə bilər.

AZƏRTAC "İzvestiya” saytına istinadla xəbər verir ki, bu il WMO-nun iqlim üzrə məruzəsi ilk dəfə olaraq BMT ilə birgə hazırlanıb.

Məruzədə dəqiqləşdirilir ki, 2016-cı il meteoroloji müşahidələr tarixində ən isti il olub. Orta temperatur 2015-ci ildə qeydə alınmış maksimum göstəricidən 1,1°C yüksək olub. Meteoroloqlar güman edirlər ki, atmosferdə karbon qazının daim çoxalması, buzların əriməsinin sürətlənməsi nəticəsində iqlim dəyişikliyi Kaliforniyada leysanlara, Braziliyada quraqlığa, mərkəzi İtaliyada zəlzələyə gətirib çıxarıb.

WMO-nun proqramlar direktoru Devid Karlson bildirib ki, bu il daha isti olacaq – Dünya okeanı temperaturunun yüksəlməsi nəticəsində planetdə digər dəyişikliklər də gözlənilir.

OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...