Moskvada hava limanında PROBLEM - XƏBƏRDARLIQ
Dünya
20:50 / 27.03.2017
1021
Moskvanın "Şeremetova" hava limanında uçuşların 76 faizi ləngiyir.
Sfera.az Trend-ə istinadən bildirir ki, uçuşların ləngiməsinə səbəb əlverişsiz hava şəraitidir.
Rusiya Fövqəladə Hallar Nazirliyi güclü külək və yolların buz bağlayacağı ilə bağlı xəbərdarlıq edib. Küləyin sürətinin saniyədə 20 metrə çatacağı gözlənilir.