Bakıda ilk dəfə olaraq SHE beynəlxalq qadınlar konqresi keçiriləcək

Bakıda ilk dəfə olaraq SHE beynəlxalq qadınlar konqresi keçiriləcək

 

Martın 28-də Bakıda ilk dəfə olaraq işgüzar qadınları bir araya toplayacaq irimiqyaslı tədbir keçiriləcək - "SHE Congress" ("Smart. Happy. Elegant.").

Bu layihə - təməli 5 il bundan öncə qoyulmuş və "RED Communications" agentliyinin icraçı partnyoru Tatyana Mikayılovanın rəhbərlik etdiyi "Azərbaycanın 100 işgüzar qadını" layihəsinin məntiqi davamıdır.

"SHE Congress" tədbirində 8 saat ərzində 5 ölkədən olan və biznes sahəsində fəaliyyət göstərə 27 işgüzar qadın çıxış edərək şəxsi təcrübələrini bölüşəcəklər. Bundan başqa, işgüzar qadınlar və cəmiyyət və biznesdə gender bərabərliyi ideyasına dəstəyin vacibliyini anlayanlar arasında təşkil olunacaq görüşlər çərçivəsində bir çox mövzu müzakirə olunacaq: iqtisadiyyat və bir-biri ilə sıx əlaqəli olan sahələrdə qadınların rolunu artıran hökumət təşəbbüsündən öncədən yaranmış yanlış fikirlər, stereotiplər və maneələrə qarşıdurmayadək.

Tədbir çərçivəsində konqressin heyəti təhsil, qadınların karyerasında STEAM-ixtisaslar və SHE tərəfindən idarə olunan layihələrin maliyyələşdirilməsinin xüsusiyyətləri məsələlərinə də toxunacaq.

"Tarixən bizim ölkə qadınların cəmiyyətdə layiqli yer tutmasına və inkişaf olunması məsələsinə müsbət köklənib. Hələ XX-ci əsrin əvvəlində Azərbaycan qadınları seçki hüququ əldə etmiş ilk müsəlman qadınları olublar. Beynəlxalq irimiqyaslı tədbirin keçirilməsi zəruridir ki, əsas məqsəd daha çox qadının, o cümlədən karyerasına yeni başlayanların, biznesdə artıq öz sözünü demiş işgüzar xanımların unikal təcrübələri ilə tanış ola bilmələridir. Tədbirə beynəlxalq təcrübələri ilə bölüşə biləcək insanlar dəvət olunub. Məhz bu, dünyada, o cümlədən Azərbaycanda nə baş verdiyini anlamağa və beynəlxalq təcrübəni ölkədə tətbiq etməyə imkan yaradacaq", - deyə Tatyana Mikayılova bildirib.

"Womo.ua və "SHE Congress" layihələrinin ərsəyə gəlməsinə bəzən qadınların özləri tərəfindən yayılan stereotiplərin təzyiqi təhrik edib: "Karyeranı uşaqların tərbiyyəsi ilə uyğunlaşdırmaq mümkün deyil", "Karyerada uğurlusansa, sevimli ana və həyat yoldaşı olmaq mümkün deyil", "Sadəcə lazımi vaxtda lazımi yerdə olub" və s. Məqsədimiz - özünə xas və biznesdə artıq sözünü demiş, ailə həyatını və analığı karyerası ilə uğurla uyğunlaşdıra bilən qadınların təcrübəsini işini evlə uyğunlaşdırmaqda çətinlik çəkən və biznesdə ilk addımları atanlarla bölüşməkdir. Bundan başqa, womo.ua və "Azərbaycnın 100 işgüzar qadını" layihələrinin məqsədi birgə ideya və fəaliyyətlə daha çox qadını, iqdisadiyyatı və qadınların biznesdə rolundan qazana biləcək ölkələri əhatə etməkdir. Bu fakt bir çox qlobal təhlillər tərəfindən artıq sübut olunub", - deyə womo.ua layihəsinin həmmüəllifi və "SHE Congress" layihəsinin müəllifi İrina Rubis qeyd edib.

Qeyd edək ki, Bakıda ilk dəfə keçiriləcək "SHE Congress"in təməli 2014-cü ildə Kiyevdə qoyulub və artıq 3 dəfə müxtəlif şəhərlərdə təşkil olunub.

 


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...