Millimizə qol vurdu, Ronalduya şərik çıxdı

Millimizə qol vurdu, Ronalduya şərik çıxdı

DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələsinin V turunun oyunlarından sonra bombardirlər siyahısında dəyişikliklər olub.

Sfera.az apasport.az-a istinadən xəbər verir ki, 2 qol vuran Kriştianu Ronaldu ikihakimiyyətliliyə son qoyub.

Portuqaliyalı bunadək eyni sayda qol vurduğu Robert Levandovskini keçməyi bacarıb. Azərbaycan millisi ilə Bakıda keçirilən qarşılaşmada (1:4) qol sevinci yaşayan Tomas Müller tsikldə 5-ci dəfə fərqlənib. Bununla da almaniyalı "altılıq"da möhkəmlənib.
 
Hesabında 4 məhsuldar ötürmə olan Tomas bu göstəricidə də ən yaxşılar arasındadı. Assistentlikdə "altılıq"da yer alan Müller "qol+ötürmə"də Kriştianu Ronaldoyla eyni göstəriciyə malikdi. Onlar serbiyalı Duşan Tadiçdən geri qalır.
 
Qol
1. Kriştianu Ronaldu (Portuqaliya) - 9
2. Robert Levandovski (Polşa) - 8
3. Romelu Lukaku (Belçika) - 6
4-6. Tomas Müller (Almaniya) - 5
Çiro İmmobile (İtaliya) - 5
Andre Silva (Portuqaliya) - 5
 
Ötürmə
1. Duşan Tadiç (Serbiya) - 7
2. Miralem Pyaniç (Bosniya və Herseqovina) - 6
3. Dries Mertens (Belçika) - 5
4-6. Tomas Müller (Almaniya) - 4
Damir Kojaseviç (Monteneqro) - 4
David Silva (Portuqaliya) - 4
 
Qol+ötürmə
1. Duşan Tadiç (Serbiya) - 11 (4+7)
2-3. Kriştianu Ronaldu (Portuqaliya) - 9 (9+0)
Tomas Müller (Almaniya) - 9 (5+4)
4-5. Robert Levandovski (Polşa) - 8 (8+0)
Dries Mertens (Belçika) - 8 (3+5)


OXŞAR XƏBƏRLƏR