Yol polisi bu sürücülərə xəbərdarlıq etdi

Yol polisi bu sürücülərə xəbərdarlıq etdi

Texniki baxışdan keçməyən, xarici görünüşü nasaz olan, şüşə silənləri işləməyən, şinləri mövsümə uyğun olmayan nəqliyyat vasitələri yol hərəkətində istismar edilə bilməz.

Sfera.az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, hava şəraitinin dəyişməsi və yağışın yağması ilə əlaqədar sürücülər şəxsi avtomobillərdən mümkün qədər az istifadə etməlidir.

V.Əsədov qeyd edib ki, qış mövsümü ilə əlaqadar sürücülərə bir neçə gün əvvəl edilən müraciət səmərəli olub: 

"Adətən belə hava şəraitlərində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri çox olur. Amma bizim əvvəlcədən verdiyimiz elan, dünənki hava şəraitinə baxmayaraq, yol-nəqliyyat hadisələrinin sayına təsir edib, yəni azalma müşahidə olunub. Bundan başqa, artıq sürücülər özləri də başa düşürlər ki, belə hava şəraitində sürət həddinə diqqət yetirilməli, normal ara məsafəsi saxlanılmalıdır".

Bölmə rəisi hava şəraitinin dəyişməsi ilə əlaqədar yollarda sürət həddinin tənzimlənməsi məsələsinə də toxunub. 

V.Əsədov vurğulayıb ki, yollarda sürət hava şəraitinə əsasən tənzimlənir: 

"Yollarda sürüşmə ehtimalı artdıqca sürət həddi minimuma endirilir. Bu da hərəkətin təhlükəsizliyinin təmin edilməsi və yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə edilir. Ona görə də sürücülər bu tələbi yerinə yetirməlidirlər. Onlar ən azından "Yol hərəkəti haqqında" qanunun tələbinə və öz təhlükəsizliklərini təmin etmək naminə buna əməl etməlidirlər. Heç bir sürücü yol qəzası törətmək və avtomobilinə maddi ziyanın dəyməsini istəməz. 

Qarlı, şaxtalı, yağışlı hava şəraitində avtomobillərin sürüşmə ehtimalı artır ki, bu zaman da peşəkarlıq səviyyəsi yüksək olan sürücülər vəziyyətdən çox məharətlə çıxırlar. Ancaq təcrübəsi az olan, ümumiyyətlə, belə hava şəraitinə uyğunlaşa bilməyən və ya uyğunlaşmayan sürücülərin hesabına maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələri qeydə alınır".


OXŞAR XƏBƏRLƏR

Azər Türk Bank ötən ili uğurla başa vurdu

Dövlət bankı Azər Türk Bankın 01 yanvar 2025-ci il tarixinə aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 110% artaraq, 2,084 milyard manat səviyyəsində olub...

Əhalinin NƏZƏRİNƏ: Bu ərazilərdə sürüşmə təhlükəsi yüksəkdir

Son vaxtlar yağıntıların artması bölgələrdə torpaq sürüşməsini artırıb.   Sfera.az xəbər verir ki, Şəki şəhərində 18-ci rayon Tolstoy küçəsində torpa...

"Bayden administrasiyası "son akordları"nı vurur, Rusiya razılıq verməsə, ABŞ Ermənistanda..." - ŞƏRH

Xəbər verdiyimiz kimi, artıq ABŞ və Ermənistan strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət kati...

Hava yağıntılı olub, güclü külək əsib - FAKTİKİ HAVA

Saat 11.30-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz, lakin bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olub.   Bu b...

COP29 könüllülərinə 1500 manat verilir

Ötən ilin noyabr ayında Bakıda keçirilən COP29-da könüllü olan şəxslərə xüsusi pul mükafatı ayrılıb.   Sfera.az “Unikal”a istinadən xəbər...

21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ

Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.   Sfera.az xəbər verir ki, Saatlı şəhər...