ABŞ-ın Minnesota ştatında yaşayan azərbaycanlılar üçün Novruz bayramı keçirildi - Günel Musəvi ilə "Every Azeri" - VİDEO-FOTOLAR
10:49 / 27.03.2017
1630
Novruz Bayramı türk və iran xalqlarının ən sevimli bayramıdır. Biz azərbaycanlılar üçün bu bayram özəlliklə sevimlidir.
Minnesota ştatında yaşadığım 7 ildən sonra diasporamızın nümayədənləri Haci Qasımov, Pərvanə Qasımova, Gülzar Babayeva, Muxtar Nəsirov və bəndəniz Günel Musəvi bərabər burada yaşayan azərbaycanlılar üçün Novruz şənliyi təşkil etmək qərarına gəldik.
Bizim Minnesota ştatında çox azərbaycanlı olmasa da, biz yenə də soydaşlarımızın çoxunu toplaya bildik.
Şənliyə həmçinin bilavasitə Azərbaycana yaxın olan Minnesotalıları da dəvət etmişdik, səbəbini videoda tapa bilərsiz.
Təvazökarlıqdan uzaq olaraq qeyd edim ki, Novruz Bayramın şənliyi uğurla baş tutdu. Bütün gələnlər təşkilatdan razı qaldılar.
Bayramdan söz düşmüşkən, onu da qeyd edim ki, şənlik bağlı parti məkanların birində keçirilimişdir. Şənliyin konsepsiyası isə Açıq Süfrə üzərində qurulmuşdur (potluck) yəni hər gələn özü ilə hazırladığı yeməklərdən, şirniyyatdan gətirib İsveş Stoluna yığırdı. Bununla şənlikdə evdə bişirilən yeməklərin dadı və ev abu havası yaranmışdır. Ümümilikdə bayram çox mehriban və şən bir şəkildə keçdi, hamı birlik olub bir ailə olmuşdur.
Uzatmadan hamınızı Minnesota ştatında Novruz şənlikdən video sujeti izləməyə dəvət edirəm.

Hər birinizi Novruz Bayramı ilə təbrik edirəm və arzu edirəm ki, evlərinizdə ruzı bərəkət sevinc bol olsun!