Sərkisyanın Qarabağda növbəti aprel — ETİRAFI

Sərkisyanın Qarabağda növbəti aprel — ETİRAFI
Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə qanunsuz səfər edən Ermənistan lideri Serj Sərkisyan ötən gün bu ərazidə yerləşdirilən qeyri-qanuni silahlı qruplar qarşısında çıxış edərkən Dördgünlük savaşı bir daha yada salması və işlətdiyi ifadələrlə diqqət çəkdi.
 

Sfera.Az axar.az-a istinadən bildirir ki, Sərkisyan Aprel savaşında "Azərbaycanın planını pozmağı və informasiya müharibəsində qalib gəlməyi" bacardıqlarını bildirməklə, erməni hərbi-siyasi elitasında, o cümlədən ictimai rəydə daşlaşmış məğlubiyyət sindiromundan çıxa bilmədiklərini bir daha nümayiş etdirdi.

Yada salaq ki, bundan öncə də Sərkisyan 2-6 aprel döyüşlərində Ermənistan ordusunun geri çəkilmədiyini və böyük itkilər vermədiyini dəfələrlə iddia etmişdi.

Məsələyə münasibət bildirən politoloq Elxan Şahinoğlu Sərkisyanın və Ermənistan rəhbərlərinin bu tip uğursuz cəhdlərinə "Aprel atəş(kəs)i" kitabında məntiqli arqumentlə cavam verib. Politoloq vurğulayıb ki, Sərkisyan 2016-cı il aprelin 26-da, yəni Dördgünlük savaşdan 20 gün sonra ordu rəhbərliyində ciddi kadr dəyişiklikləri etdi: "Ermənistan prezidentinin fərmanı ilə müdafiə nazirinin müavini, nazirliyin maddi-texniki təminat departamentinin rəisi Alik Mirzəbekyan, rabitə qoşunlarının rəisi, Müdafiə Nazirliyinin Rabitə və avtomatlaşdırılmış idarəetmə sistemləri idarəsinin rəisi, general-mayor Komitas Muradyan və Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının kəşfiyyat idarəsinin rəisi, general-mayor Arşak Karapetyan vəzifələrindən azad edildilər. Bu generalların işdən çıxarılması o demək idi ki, əslində Ermənistan prezidenti 2-6 aprel tarixlərindəki döyüşdə ordunun geri çəkildiyini və ciddi itkilər verdiyini etiraf edir".


OXŞAR XƏBƏRLƏR

Paşinyan Parisdə Makronla görüşüb

Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makron ilə görüş keçirib.   Sfera.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, gör...

Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?

Xəzər dənizinin səviyyəsində son illərdə baş verən dəyişikliklər və regiondakı iqlim prosesləri ilə bağlı müxtəlif proqnozlar səsləndirilir. Bəziləri Xəzərin qu...

Məşhur teleaparıcı işdən ayrıldı

İctimai Televiziyanın məşhur aparıcısı Nərmin Salmanova işdən ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın "Xəbərlər" pro...

Heydər Əliyev Fondu Zaur Rzayevin müalicə xərclərini üzərinə götürdü

Heydər Əliyev Fondu Xalq artisti Zaur Rzayevin müalicə xərclərini üzərinə götürüb.   Sfera.az xəbər verir ki, bu haqda deputat, ürək-damar cərrahı Rə...

Ermənlərin azərbaycanlı əsirlərə işgəncə verdikləri kadrlar məhkəmədə nümayiş etdirildi

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edildi

Motosikletlə avtoxuliqanlıq edən sürücü həbs edilib.   Sfera.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.   Mə...