"Bozbaşh pictures"in Qılmanı: "Evliyəm, amma kənarda iki xanım saxlayıram" - FOTO

Əsil adı İlkin Misgərlidir, amma insanlar onu Qılman doktor obrazıyla tanıyır və elə belə də müraciət edir. "Bozbaşh pictures"in Qılmanından söhbət gedir. Film təqdimatlarının birində onu söhbətə çəkdik.

Sfera.az bildirir ki, yenicag.az-a müsahibə verən aktyor şəxsi həyatıyla bağlı maraqlı etiraflar da etdi.

- Sizə çoxları Qılman deyə müraciət edir, bu sizin xoşunuza gəlir, yoxsa, əksinə, əsəbiləşdirir?

- Açığı əvvəllər xoşuma gəlirdi, amma indi artıq yaş keçib. Düşünürəm ki, elə öz adımla çağırsalar, daha yaxşı olar.

- Bayaqdan baxıram, səninlə şəkil çəkdirmək üçün qızlar növbəyə düzülüb... Heyranlarınız çoxdur deyəsən?

- Yox məndə o qədər də çox deyil. Komandada ən çox xanım heyranları olan Fəlakətlə Şirindir (gülür).

- Bəs Ağsaqqal?

- Hə, elə onda da çoxdur. Filmdə qoca olmağına baxmayın, həyatda cavan oğlandır.

- Sevilməynin sirri səncə, nədədir, şirin ləhcəylə danışmağında?

- Məncə yox, çünki ləhcə elədir ki, bu gün ləhcəylə danışa bilərəm, sabah ləhcəsiz. Düşünürəm ki, sevilməymin səbəbkarı az da olsa, istedadımdır.

- Bilirik ki, Azərbaycanın bütün bölgələrində sizi sevirlər. Bölgələrdə başınıza yəqin ki, maraqlı əhvalatlar çox gəlib. Bəlkə birini danışsan.

- Maraqlı əhvalatlar çox olub. Bizim üçgünlük-dördgünlük çəkilişlərimiz uzanır, bir həftəyə başa gəlib. Çünki bütün bölgə camaatı axışıb bizi görməyə gəlir. Bir hadisə danışım. Mənim canlandırdığım Qılmanın paltarı əyninə böyükdür axı. Bir yandan da bığı onu yaşından qat-qat böyük göstərir. Bir dəfə çəkiliş gedirdi. Gördük bir nəfər polislə mübahisə edir. Yaxınlaşdıq ki, nə məsələdir, dedi mən mərcə girmişəm, Qılmana sual verməliyəm. Dedim noolub, qayitdı ki, sənin doğrudan 65 yaşın var? Dedim ə, yox, nə 65? Rolda elə yaşlı görünürəm. Demə bir həmkəndlisi ilə mərcə giribmiş ki, Qılmanın 65 yaşı var.

- Tamaşaçıların daha çox hansı yaş təbəqəsinə məxsusdur?

- 60 faiz uşaq və gənclərdir. Birdə görürsən məni görən kimi qışqırırlar Qılman əmi. Onda əsəbiləşirəm. Tez-tez sual verirlər ki nöhün e, nöhün?Kılmanın ən çox işlətdiyi sözdür axı nöhün.

- Ləhcəylə danışmaq çətinlik yaradır sənə?

- Əlbəttə çətindir. Keçən il "Palata 106" filmində Şəki ləhcəysilə, ondan qabaq Salyan ləhcəsiylə danışdım.

 

- Xaraktercə necə birisən?

- Həyatda yumor hissim olsa da, çox ciddiyəm. Kütlə içinə düşəndə komplekslərim olur, sıxılıram.

- Bəs xarici görünüşünlə bağlı ən böyük kompleksin nədir?

- Saçımın tökülməsi məni çox kompleksə salır.

- Niyə bunu özünə dərd edirsən ki? Əkdirə bilərsən də...

- Hə, yazda əkdirməyi planlaşdırıram.

- Evlisən bildiyim qədər... Bəzi məşhurlar var ki, evli ola-ola özlərini subay oğlan kimi qələmə verirlər.

- Yox, mən efirdə də bunu gizlətmirəm. Bir qızım da var, evliyəm, amma qıraqda iki xanımla oturub-dururam. Bunu yazmayın ha, zarafat edirəm.

- Narahat olma, elə mən də zarafatla yazacam, sonra demə ha, demədi. (Onunla birlikdə olan "Bozbaşh pictures"in rejissoru Rövşən də söhbətə müdaxilə edir. Yazın ki, evlidir, qıraqda da iki xanım saxlayır).

- İlkin sosial şəbəkədə barəndə nə yazırlar?

- Rolumla bağlı gülməli səhnələrimi yada salırlar, daha çox xoş sözlər yazırlar.

- Heç səni əsəbiləşdirənlər olur?

- Məni əsəbiləşdirmək olar, iki nəfər mühafizəçi ilə gəzirəm.

- Ciddi deyirsən?

- Zarafat edirəm, məni ən çox əsəbiləşdirən "Bozbaşh pictures"in rejissoru bax bu Rövşəndir (gülür).



OXŞAR XƏBƏRLƏR

Rusiyanın beş qonşusu Ottava Konvensiyasından çıxır

Estoniya, Latviya, Litva, Finlandiya və Polşa Mina Qadağası Müqaviləsindən çıxaraq mülki şəxsləri uzunmüddətli təhlükə ilə üz-üzə qoyub.   Sfera.az x...

Külək, yağış, şimşək... - Bu günün hava proqnozu

İyulun 2-də Azərbaycanın bəzi yerlərində güclü külək əsəcək, yağış yağacaq, şimşək çaxacaq.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya Xidmətind...

Son 1 ildə neçə qohum evliliyi qeydə alınıb?

Ötən il iyulun 23-dən 2025-ci il iyulun 1-dək 2599 qohum nikahı qeydə alınıb.   Sfera.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Ə...

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...