Bu antivirus proqramları sizdə də varsa, TEZ SİLİN

Bu antivirus proqramları sizdə də varsa, TEZ SİLİN

Antivirus proqramları qüsursuz deyil. Bəzən içərilərindəki kiçik bir xəta təhlükəsizlikdə problemlər yarada bilər.

Ancaq bəzi "antivirus" proqramları məhz təhlükə yaratmaq üçün proqramlaşdırılır.

Sfera.az publika.az-a istinadən bu cür prorqamlaşdırılan 5 antivirus proqramını təqdim edir.

1. Mac Defender

Bu proqram Mac Protektor, Mac Sekyuriti, Mac Quard, Mac Şield kimi də tanınır. Macda hər hansı qorumaya ehtiyacınızın olmadığını deyənlər yanılır. Bu iddia 10 il əvvəl də keçərli deyildi, indi də belədir. Macda özünüzü qorumaq üçün Mac Defenderdən istifadə etməyin. İnternetdə olarkən qarşısınıza çıxan bir pəncərədə istifadə etdiyiniz cihazda virus olduğunu yazılacaq. Bu virusdan qurtulmaq üçün 59 dollar ödəməli olduğunu bildirilir. Bunu etsəniz kartınızın soyulmasını gözləməlisiniz.

2. Security Essentials 2010

"Security Essentials 2010"u "Microsoft Security Essentials" ilə qarışdırmayıb. Rusiyada yaradılan bu saxta proqram videoları izləyərkən "vacib Fləş yenilənməsi" kimi qarşınıza çıxacaq. Əlbəttə, bu proqram həmin funksiyanı yerinə yetirmir. Əksinə, internetə qoşulduğunuz cihazı viruslarla doldurur.

3. MS Antivirus

 

Bu proqram ANG Antivirus, XP Antivirus, Total Security, AVASoft Professional Antivirus adları ilə də tanınır.

MS Antivirus, "Security Essentials 2010" və Mac Defender qədər zərəli olmasa da, onu yüklədiyiniz halda açılan sonsuz pəncərələrdə size təhlükəsizliklə bağlı xəbərdarlıq edib, müəyyən ödəmələr də tələb edə bilər. Bu proqramın silinməyə qarşı müqaviməti olduğundan, bəzən onu cihazdan silmək heç də asan olmur.

4. Privacy Center

Bu proqram isə Seyfeti Senter və Prayvasi Komponent olaraq da tanınır. Bu adı görən hər kəsdə onu kompüterə yükləmək istəyi yaranır. Amma bu zərərdən başqa bir işə yaramır. Proqram o qədər zərərlidir ki,kompüterə qoşulan USB portların belə yararsız hala gətirə bilər.

5. WinFixer

"WinFixer" 2009-cu ildən bu vaxta qədər aktiv olmasa da, sisteminizə qoşula bilər. Bunun isə əvəldə sadaladığımız 4 proqramdan az zərərli deyil. Bu proqramın kompüterimizə yüklənməsi isə çox asandır. Cihaz internetə qoşulanda sağ tərəfdə açılan pəncərədə "X"düyməsini sıxmaq və ya hər hansı bir yerinə vurmaqla bu zərərli proqramı sisteminizə yükləmiş ola bilərsiniz.


OXŞAR XƏBƏRLƏR

“Stomatoloq” “YouTube”un məsləhəti əsasında xəstələri müalicə edib

Çexiyada özünü diş həkimi kimi təqdim edən 22 yaşlı kişi və ailə üzvləri 2023-cü ildə Havliçku Brod şəhərində stomatoloji klinika açıblar. Fırıldaqçıların hekay...

Heç kim İranı nüvə yolundan döndərə bilməz – Araqçı

İsraillə 12 günlük müharibədən sonra Tehranın nüvə texnologiyalarına sadiqliyi daha da güclənib.   xəbər verir ki, bunu İranın xarici işlər naziri Ab...

BMT əməkdaşlarının bir hissəsini İrandan çıxarır

Birləşmiş Millətlər Təşkilatı təhlükəsizlik səbəbi ilə beynəlxalq əməkdaşlarının bir qismini və onların ailə üzvlərini müvəqqəti olaraq İrandan çıxarır. &nbs...

Dünyanın ən sirli yazısını oxuya bilənlərə 1 milyon dollarlıq mükafat veriləcək

Dünyada 7 mindən çox canlı dil var. Bununla belə, dillər illər keçdikcə yox olur. Bir dildə danışan insanların sayının azalması və yeni nəslin bu dili öyrənməmə...

Bred Pitt gələcək həyat yoldaşı ilə ictimaiyyət qarşısında - FOTOLAR

61 yaşlı Hollivud aktyoru Bred Pitt özündən təxminən 30 yaş kiçik sevgilisi İnes de Ramonla ictimaiyyət qarşısına çıxıb.   Sfera.az bildirir ki, cütl...

Paşinyan: "Ermənistanda dövlət çevrilşinə cəhd olub"

"Fırıldaqçılar" Ermənistanda dövlət çevrilişi etmək niyyətində olublar, lakin cəhd baş tutmayıb".   Sfera.az xəbər verir ki, bunu Ermə...