Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz - FOTO

Bədənin 5 sehrli nöqtəsi haqqında bilmədikləriniz - FOTO

Qadınlar arıqlamaq üçün daha hansı üsullara əl atmır ki... Ciddi pəhrizlərlə və fiziki məşğələlərlə özünü yorur, sonra isə əldən düşüb yartır və daha çox kalori yığır.

Sfera.az  publika.az-a istinadən bildirir ki, akupressura masajı da arıqlamaq üçün effektli və zərərsiz üsullardan biridir.

Akupressura nədir?

Akupressura qədim Çin təcrübəsinə əsaslanan nöqtəvi masaj növüdür. Bu masaj fəal nöqtələrin stimulyasiyasına və maddələr mübadiləsinin sürətlənməsinə kömək edir. Çin təbibləri iddia edir ki, artıq çəki ilə belə asan və xoş bir mübarizə üsulu ağrısız arıqlamağa kömək edir və bədənə günrahlıq bəxş edir. Lakin başlanğıc üçün əsas 5 nöqtəni tapmaq lazımdır.

Duy-duan nöqtəsi

İştahanı yatırmaq üçün əsas nöqtələrdən biridir. O, üst dodağın və burun arasının mərkəzində yerləşir. Onu bir neçə dəqiqə, xüsusilə yemək istəyəndə masaj edin. Bu, aclıq hissi və stressi azaldır.

İştaha nöqtəsi

Qulaqlarımızda bütün orqanların işini yaxşılaşdıran və maddələr mübadiləsi prosesini sürətləndirən 200-ə yaxın bioloji aktiv nöqtələr var. Şəkildə gördüyünüz nöqtəni tez-tez masaj edib stimullaşdırın.

 

Çoy-çi nöqtəsi

Şəkildə gördüyünüz nahiyəni diqqətlə masaj edin. Bu nöqtənin gündəlik bir anlıq stimullaşdırılması bağırsaq işinin yaxşılaşmasına kömək edir.

Çzu-san-li nöqtəsi

Arıqlamaq üçün ayaqda çoxlu sayda nöqtələr yerləşir. Onların arasında Çzu-san-li və ya "uzunömürlülük" nöqtəsini masaj etmək xüsusilə effektlidir. Hesab edilir ki, masajın təsiri ilə gündə 500 qram kalori yandırmaq mümkündür.

Lou-qu nöqtəsi

Topuğun daxili hissəsindən 5 sm yuxarıda yerləşir. Bu masaj da artıq çəkidən xilas olmağa kömək edir, o, həm də ürək nahiyəsində xoşagəlməz duyğuları yox etmək üçün, həmçinin əl və ayaq tutulması zamanı faydalıdır.

Masaj üçün bir neçə dəqiqə kifayətdir. Uğurlu nəticə üçün proseduru gündəlik yerinə yetirilməsi barədə isə unutmayın. Amma masaj zamanı xoşagəlməz hisslər yaranırsa, onda dərhal dayandırın.

 







OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...