256 il yaşayan insanın sirri: Köpək, tısbağa və göyərçində gizli... FOTOLAR
İnsanın orta ömrü 80 il hesablanır. Ancaq daha uzun və sağlam yaşayanlar da az deyil.
Sfera.az xəbər verir ki, Çin döyüş sənəti ustası və uzun ömür araşdırmaçısı olan Li Ching-Yuen 256 il yaşayıb.
Onun həyatı barədə söylənənlər əfsanə deyil. Hatta nüfuzlu "Time” jurnalı belə ona səhifəsində yer verib.
O, uzun ömrün sirrini "köpək, göyərçin və tısbağa üçlüyü”ndə gizləndiyini bildirib.
1930-cü il tarixində "New York Times” da dərc olunan məqaləyə görə, 1827 –ci ildə onun 150-ci doğum günü rəsmi səviyyədə təbrik edilib. Bu barədə Çin imperatorluğunun arxiv materialları aşkarlanıb. Daha sonrakı sənədlərdə eyni adamın 1877-ci ildə 200-cü ildönümü münasibətilə təbrik göndərilib. 1928-ci ildə "New York Times” müxbiri Linin qonşusu olan yaşlı kişilərlə görüşüb və onların bir çoxu babalarının Linin dostu olduğunu deyib.
Li Ching-Yuenin 1736-cı ildə doğulduğu, ancaq sənədlərdə 1677-cı ildə yazıldığı da deyilir. Bu doğum tarixlərinə görə, 1933-cü ildə ölüb və o zaman ya 197, ya da 256 yaşında olub.
Hər iki halda da dünyanın ən çox yaşayan insanı olub.
Li Ching-Yuen 1677-ci ildə Szechuan (Sichuan) kəndində dünyaya gəlib. Həyatının çoxunu dağların ətəklərindən toplanan bitkiləri öyrənməklə keçirib. O, bu sahədə karyerasına 10 yaşında başlayıb, burada dağ aralarında otları toplayıb və ömrü uzatmağın yollarını öyrənib. 40 il ərzində Reishi köbələyi, üzüm, vəhşi ginseng, he shou wu adlı bitkilərlə qidalanıb, eləcə də düyü şərabı içib.
1749-cu ildə, yəni 71 yaşında döyüş sənətlərini öyrənib. Çin ordusuna qatılıb. Linin 23 dəfə evləndiyi və 200-dən çox uşağı olduğu bildirilir.
Uzun ömrünün sirri soruşulduğunda Usta Linin cavabı belə olub: "Təmiz bir ürəyin olsun, bir tısbağa kimi otur, göyərçin kimi həyat dolu hərəkət elə və bir köpək kimi yat…”