İstanbula özəl təyyarə ilə uçan Azərbaycan zənginləri - 30 min avroya!

İstanbula özəl təyyarə ilə uçan Azərbaycan zənginləri - 30 min avroya!
Azərbaycanda hökm sürən iqtisadi tənəzzülə, gəlirlərin kəskin azalmasına baxmayaraq zənginlər-oliqarxlar və onların oğul-uşaqları dəbdəbəli həyat tərzini dəyişmək niyyətində deyil.

Belələri Azərbaycandan Türkiyənin hansısa şəhərinə, yaxud başqa ölkəyə uçmaq istəyirsə adi sərnişin reyslərinin biznes-klass salonlarına bilet almağı belə özlərinə sığışdırmırlar, Türkiyənin "Jet Havayolları” biznes aviasiyasiyası şirkətindən özəl təyyarələr kirayələyirlər. Bunu Türkiyə mətbuatına açıqlamasında "Jet Havayolları” şirkətinin Türkiyə genel müdiri Ferda Gündüz deyib.


Ferda Gündüz bildirib ki, indiyə qədər "Jet Havayolları”nın əsas müştəriləri zəngin ərəblər və azərbaycanlılar idi. Son vaxtlar isə Rusiyadan zənginlər arasından şirkətin müştəriləri artıb. Zəngin ruslar Moskvadan İstanbula uçmaq üçün 50 min avrodan keçib lüks salona malik özəl təyyarə kirayələyirlər.

Ferda Gündüz deyir ki, ərəblər, azərbaycanlılar və ruslar öz lüks həyatlarından güzəştə getmək niyyətində deyilər. "Məsələn, ailələrini, dost-tanışlarını harasa dəvət edəndə bunu onların hüzuruna özəl jet göndərərək edirlər. Zənginlər xüsusən işgüzar toplantılarda tərəfdaşlrında güclü təəsürat oyatmaq üçün özəl təyyarə sifariş verir”-o deyib.


Fərda Gündüz əlavə edib ki, Türkiyədəki kirayəlik jetlər lüks təchizatı, tutumu və texniki göstəricilərinə görə zənginlərin bütün ehtiyaclarına cavab verir. "Son model jetlərimiz zəngin xariciləri istər Türkiyəyə, istərsə də onların istədiyi başqa ölkələrə daşıyır”-şirkət direktoru bildirib.


Ferda Gündüzün dediyinə görə, türk jet kirayələmə şirkətləri təhlükəsizlik və pilotların peşəkarlığına görə xarici müştərilərin etimadını qazanıb. Təyyarələrin kirayəsinin haqqı modelindən asılı olaraq dəyişir. Məsələn, 6-8 nəfərlik özəl təyyarə ilə Moskvadan istanbula, İstanbuldan Londona, Dubaydan Londona 50 min avroya getmək olar Moskva-London və Dubay-London reysləri üçün 60 min avro ödəmək lazımdır. Bakıdan İstanbula isə belə təyyarələrdə 30 min avroya uçmaq olar. Dubaydan İstanbula özəl təyyarə ilə uçmaq 40 min avrodur. "Bizim təyyarələrin salonunda hamam, yataq otağı, iş kabineti də var”-şirkət direktoru deyib.


Qeyd edək ki, Azərbaycanın da özünün biznes-aviasiya şirkəti "Silk Way Business Aviation” fəaliyyət göstərir. Bu şirkət "Gulfstream” təyyarələrinin ən son modelləri ilə təchiz olunub. O zaman Azərbaycan zənginləri niyə pulları Türkiyədən təyyarə kirayələməyə verirlər? Bəlkə "Gulfstream”-larda uçmaq daha bahadır?
 
 
///virtualaz.org

OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...