250 yaşlı iki Quran kitabı tapılıb — III şeyxülislama məxsusdur + FOTO

250 yaşlı iki Quran kitabı tapılıb — III şeyxülislama məxsusdur + FOTO
Bu günlərdə Qafqaz müsəlmanlarının III şeyxülislamına məxsus 250 ildən artıq yaşı olan iki Qurani-Kərim kitabı Nizami Gəncəvi adına Salyan şəhər mərkəzi kitabxanasına hədiyyə edilib
 
 
Sfera.az "Report”un Aran bürosuna istinadən xəbər verir ki, Şeyx Əhməd Salyaniyə məxsus olan bu kitablar kitabxananaın xüsusi şöbəsində qorunaraq saxlanılır.
Salyan şəhər mərkəzi kitabxanasında bir neçə ildir "Kitab abidələr”i mövcuddur ki, həmin kitablar dövlət reyestr xidmətində qeydiyyatdan keçərək xüsusi şöbədə saxlanılır. Kitabxananın Mübadilə şöbəsində qorunan 114 adda "Kitab abidələr”in 1 əsrdən çox yaşı var ki, bunlardan 69-u lüğət tərkibli, 15-i söz birləşmələri haqda ensiklopedik lüğət, 6-sı isə yer planetindən bəhs edən ensiklopediyadır. Qalanları "Qurani-Kərim” kitabının nümunələridir. Bu günlərdə evlərdə saxlanılan daha bir neçə qədim kitab kitabxanaya hədiyyə verilməklə "Kitab abidələr”nin siyahısını daha da zənginləşib.
Şeyx Əhməd Salyaniyə məxsus Quran kitablarının hər ikisi xəttatlar tərəfindən əllə yazılıb. Deyilənlərə görə, Şeyx Əhməd Salyani təxminən 1865-ci ildə həmin bu kitablardan istifadə edib. Ondan yadigar qalan bu kitablar isə 1937-ci il repressiya qurbanı olan Salyanın nüfuzlu din xadimi Mirbağır ağa Ağazadə tərəfindən ələ keçməməsi üçün torpağa basdırıb. Qazıntı zamanı bir neçə il bundan öncə həmin kitablar aşkar edilib və şəxsi evlərdə qorunaraq saxlanılıb.
1812-ci ildə Salyanda doğulub, 1887-ci ildə Tiflisdə dünyasını dəyişmiş, dövrünün görkəmli islamşünas alimi, Qafqaz müsəlmanlarının III şeyxülislamı olan Şeyx Əhməd Salyani Qafqaz müsəlmanlarının I şeyxülislamı Məhəmmədəli Hüseynzadənin oğlu, dahi mütəfəkkir Əli bəy Hüseynzadənin babasıdır.
 



OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...