Donald Trampla İlham Əliyev arasında telefon danışığı – İvankanın iştirakı ilə…

Donald Trampla İlham Əliyev arasında telefon danışığı – İvankanın iştirakı ilə…

ABŞ prezidenti Donald Trampın sevimli qızı İvanka Trampa Ağ evdə xüsusi kabinet ayrılacaq və o, atasının qeyri-rəsmi müşaviri kimi fəaliyyətə başlayacaq. Habelə dövlət sirri sayılan məlumatlara çıxışı olacaq, ancaq maaş almayacaq və dövlət quçlluqçusu statusu daşımayacaq.

Virtualaz.org xəbər verir ki, bu barədə Amerika KİV-lərinə istinadən "Rossia Today” bildirir. Hüquqşnüas Ceymi Qorelik deyib ki, İvanka Trampın görən gözü, eşidən qulağı olacaq, ona müxtəlif məsələlərdə məsləhətlər verəcək.

İvanka atası ilə çoxdan işləyir. O, "Trump Organization” şirkətində işə başlayıb, Trampın apardığı "Namizəd” teleşousunda partnyor olub, daha sonra atasının seçki kampaniyasında fəal iştirak edib. İvanka deyir ki, onun Ağ evdə oturmasında qəbaəhət heç nə yoxdur. Qız əlavə edir ki, dövlət qulluqçuları üçün davranış qaydalarına əməl edəcək. Lakin tənqidçilər deyirlər ki, İvankanın Ağ evdə oturması və qeyri-rəsmi müşavir statusu daşıması Trampın prezidentliyi ilə bağlı etik məsələlər haqda suallar meydana çıxaracaq. Artıq İvankanın əri Cared Kuşner Trampın rəsmi müşaviridir.

Digər tərəfdən tənqidçlər deyirlər ki, İvanka hələ bizneslə məşğuldur, onun özünün geyim və bər-bəzək biznesi var.

Lakin tənqidlərə baxmayaraq İvanka atası prezident seçiləndən bəri onun siyasi fəaliyyətində yaxından iştirak edir. Məsələn, bu günlərdə İvanka Vaşinqtonda Almaniya kansleri Angela Merkellə Donald Tramp arasındakı görüşdə Merkelin yanında oturmuşdu və söhbətdə iştirak edirdi.

Habelə İvanka Tramp atasını Yaponiya baş naziri Sindzo Abe ilə görüşdə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışıqlarında müşaiyət edib. Habelə Trampın Azərbaycan prezidenti İlham Əliyevlə və Argentina rəhbəri Maurisio Makri ilə telefon söhbətinə qatılıb.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev ötən ilin noyabrında Trampın prezident seçilməsindən sonra onunla telefon danışığı aparıb və seçkilərdə qələbə münasibətilə təbrik edib.


OXŞAR XƏBƏRLƏR

İnsan DNT-si sıfırdan yaradılır: Laboratoriyada “insan istehsalı” başlayır

Böyük Britaniyada insan DNT-sini sıfırdan yaratmağa yönələn yeni və mübahisəli layihəyə start verilib. Dünyanın ən böyük tibbi yardım təşkilatlarından biri olan...

İsrailin müdafiə naziri: Xameneini öldürmək istəyirdik, imkan tapa bilmədik

İsrail 12 günlük müharibə zamanı İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneini öldürmək niyyətində olub, lakin bunun üçün imkan tapmayıb.   Sfera....

Zərdabda qanunsuz saxlanılan silahlar polisə təhvil verildi

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanması və könüllü təhvil verilməsi istiqamətində profilaktiki tədbirlər...

“Amerikaya sərt zərbə endirdik” - Ayətullah Xamenei

İranın ali dini lideri Ayətullah Əli Xamenei, İsraillə əldə olunan atəşkəsdən sonra çıxış edərək ABŞ-nin bu müharibədən heç nə qazanmadığını, İranın isə bölgədə...

Toyu üçün Venesiya şəhərini bağlatdırdı

"Amazon"un qurucusu Ceff Bezos jurnalist nişanlısı Lauren Sançezlə bu gün ailə quracaq.   Sfera.az xəbər verir ki, İtaliyanın Ven...

Vladimir Putin Belarusa səfər etdi

Rusiya Prezidenti Vladimir Putin Belarusa səfər edib.   Sfera.az xəbər verir ki, Putinin təyyarəsi Minsk hava limanına enib.   Kreml...