Dollarla bağlı əhaliyə mühüm xəbərdarlıq: "Bu ayın sonuna..."

Dollarla bağlı əhaliyə mühüm xəbərdarlıq:

Dolların alış və satış kursu arasında fərq (spred) daralır. Bu tendensiya həm qara bazarda, həm də banklarda müşahidə olunur.

Hazırda qara bazarda alış-satış fərqi kiçilərək 1-2 qəpiyə düşüb. Banklarda isə 2-7 qəpik arasında dəyişir. Halbu ki, bir ay əvvəl bu fərq 10-15 qəpiyə qədər təşkil edirdi.
Spredin bu qədər daralmasına səbəb nədir? İqtisadçı Rəşad Həsənovun sözlərinə görə, əsas amil valyuta bazarının daralmasıdır. Çünki büdcə xərclərinin minimallaşdırılması və dövriyyədə olan manat kütləsinin kəskin azalması dollara tələbatı aşağı salıb. Hazırda ölkədə dollarlaşmanın səviyyəsi ən pik həddədir. Banklarda depozit portfeli xarici valyutaya çevrilib. Əhalidə olan cari xərclər belə dollarla ifadə olunur. Buna görə də bazarda olan təklifə qarşı ciddi tələb ajiotajı yoxdur.
İqtisadçı hesab edir ki, spredin bu səviyyəsi qarşıdakı 2 həftə ərzində davam edəcək. Martın sonuna yaxın dollara tələbat yenidən artacaq. Səbəb isə büdcə xərclərinin artması, turizm və ticarət ilə bağlı xərclərin aktuallaşmasıdır.

Qeyd edək ki, Azərbaycanın bir neçə iqtisadi tərəfdaşı olan ölkələrdə yeni maliyyə ili martın sonundan başlanır. Bu ölkələrlə aparılan əməliyyatlar nəticəsində martdan başlayaraq xarici öhdəliklər üzrə ödənişlərin səviyyəsi artacaq. Bu isə valyutaya əlavə tələbat formalaşdırır. Buna baxmayaraq, ekspert manatın məzənnəsinin 2 manat səviyyəsində olan psixoloji həddi keçməyəcəyini ehtimal edir. R.Həsənovun fikrincə, belə vəziyyət sentyabrda proqnoz edilə bilər. Çünki ilin ikinci yarısından başlayaraq iqtisadiyyata kredit qoyuluşlarının edilməsi gözlənilir. Əgər bu baş verməzsə, yəni iqtisadi təkan üçün maliyyə açılmasa, "pulsuzluqdan boğulma" gələcəkdə daha ağır nəticələr verə bilər. Lakin Mərkəzi Bank hazırda qısa-orta müddətdə yarana biləcək kataklizmaların qarşısını almağa hədəfləndiyindən iqtisadiyyatı stimullaşdırmaq mövqeyində, heç gücündə də deyil.

mənbə: fins.az


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...