Azərbaycanda fahişələr vergi ödəsin - TƏKLİF

Azərbaycanda fahişələr vergi ödəsin - TƏKLİF
Əksər ölkələrdə küçə qadınları, loru dillə desək, fahişələr dövlət tərəfindən qeydiyyata alınıb. Daşıyıcı xəstəliklərin yayılmasının qarşısını almaq üçün onlar mütəmadi müayinə edilir. Almaniya, Hollandiya kimi ölkələr isə onların fəaliyyətini leqallaşdırıb. Fahişəliklə məşğul olan şəxslər dövlətə vergi ödəyirlər.

Azərbaycanda isə vəziyyət fərqlidir. "Qədim peşə" ilə məşğul olan qadınlar dövlət qeydiyyatında deyil. Onlar heç bir tibbi müayinədən keçmirlər.

 "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova açıqlamasında bildirdi ki, məsələ ciddi müzakirə edilməlidir.

"Xəstəlikləri, sadəcə, qadınlar deyil, kişilər də yayır. Məlumatlı olmayan şəxs bu xəstəliyə yoluxa bilər, yoluxdura bilər. Ona görə də, sırf bunu qadınlara aid etmək düzgün deyil. Hər dəfə reydlər təşkil olunanda, həmin qadınlar bu fəliyyətlə məşğul olduqları üçün rüsum ödəyirlər. Təbii ki, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq. Bunu peşə kimi təqdim etmək lazımdır. Amma psixoloji cəhətdən çətin məsələdir. Bu, məcburi olmalıdır. Belə olarsa, onların sayı da azalacaq. Olmasa da, gizli şəkildə davam etdiriləcək. Məsələn, Türkiyədə həmin qadınlar vergi ödəyirlər. Onların həmkarlar ittifaqı da var. Düzdür, onların fəaliyyəti leqallaşdırılmayıb, amma bu formada istifadə edirlər. Almaniya, Hollandiya və digər ölkələr bunu leqallaşdırılıb. Bu, həmin ölkələrdə rəsmi fəliyyət sahəsi hesab olunur".

mənbə: metbuat.az

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...