Kamil Zeynallının 50 minlik məhkəməsi yekunlaşdı - Jurnalist xanım narazıdır

Kamil Zeynallının 50 minlik məhkəməsi yekunlaşdı - Jurnalist xanım narazıdır

Xətai Rayon Məhkəməsində hakim Namidar Misirzadənin sədrliyi ilə jurnalist Əfruzə Ağayevanın K.Zeynallıya qarşı qaldırdığı iddia üzrə məhkəmə prosesi başa çatıb.

K.Zeynallı jurnalisti sosial şəbəkələr və saytlar vasitəsilə təhqir etmişdi. Buna görə də Ə.Ağayeva məhkəməyə müraciət edərək K.Zeynallının ondan üzr istəməsini və dəymiş mənəvi ziyana görə 50 min manat tələb edib.

Milli.Az xəbər verir ki, bu gün məhkəmə prosesi başa çatıb. Bu barədə Kamil özü səhifəsində məlumat verib. 

Kamil bildirib ki, məhkəmənin qərarına görə, hər iki tərəf bir-birindən üzr istəməlidir. Yerdə qalan 50 minlik təzminat isə təmin edilməyib. 

 

Lakin Əfruzə Ağayeva K.Zeynallının düzgün məlumat vermədiyini deyib. O, məhkəmənin qərarına əsasən, yalnız Kamilin üzr istəməli, özünün isə təkzib verməli olduğunu bildirib:

"Demişdim axı, Kamil Zeynallı, sonda üzr istəyəcəksən, vəssalam. Ancaq qərarla tam razı deyiləm. Yenidən Apellasiya məhkəməsinə müraciət edəcəm. Çünki hakim K.Zeynallı üzr istədikdən sonra mənim də çalışdığım saytda aparıcı Şəbnəm Həsənovanın yazısına görə təkzib verməyimi istəyib. Amma mən bunu etməyəcəm. Çünki yalan yazmamışam. Adam nə vaxt təkzib verər? Yalan yazı yazanda. Amma Şəbnəm xanım etiraf edib və səs yazısı da var ki, deyir ki, Kamilin mənə söydükləri nəslindəki xanımlara getsin".


OXŞAR XƏBƏRLƏR

Rusiya Azərbaycandan nəyin heyfini çıxmağa çalışır?

Rusiyanın Azərbaycan xalqına qarşı şovinist və irqçi siyasəti artıq gizli deyil – açıq düşmənçilik səviyyəsindədir!   Son günlər Rusiyada baş v...

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir

Kürdəmirdə 35 yaşlı qadın qətlə yetirilib, həyat yoldaşı şübhəli bilinir.   Sfera.az xəbər verir ki, hadisə rayonun Şilyan kəndində qeydə alınıb. ...

Aygün Attar: "Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun İdarə Heyətinin sədri, professor Aygün Attar Rusiyada azərbaycanlıların kütləvi həbslərini, onlara ...

"Bu halda III Dünya müharibəsi başlayacaq"- Orban

Macarıstanın baş naziri Viktor Orban deyib ki, Ukraynanın NATO-ya daxil olması Rusiya ilə münaqişəyə və III Dünya müharibəsinə gətirib çıxaracaq. Bu, ertəsi gün...

Azərbaycan güləşçisi Türkiyədə çempion olub

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri davam edir.   Sfera.az xəbər verir ki, bu gün sərbəst güləş üzrə...

Overçukun Azərbaycan səfəri ləğv olundu

Rusiya baş nazirinin müavini Aleksey Overçukun bu ay Azərbaycana nəzərdə tutulan səfəri ləğv olunub.   Sfera.az məlumatına görə, Azərbaycan hökuməti ...