Kiminlə ailə quracağınızı, övladınızın sayını, cinsini öyrənin - Əlinizdəki "tale xətləri"nə baxın...

Kiminlə ailə quracağınızı, övladınızın sayını, cinsini öyrənin - Əlinizdəki

Xiromantiyanı (əlin içindəki xətlər) bir çox insanlar fal və ya öncəgörmə kimi başa düşsələr də, əslində, bu elm qədim Hindistanda yaranıb.

Metbuat.az bildirir ki, xiromantların fikrincə, əl həm də kainatın sirlərini oxumaqçün bir vasitədir. Bizim "alın yazısı” kimi təqdim etdiyimiz ifadəyə qədim hindlilər "əl yazısı” deyiblər.

Tarixin bütün dövrlərində əl güc və qüdrət simvolu sayılıb. Qədim insanlar əli insanla göy arasında vasitəçi sayaraq, ruhları köməyə çağırıblar.

Xiromantiyaya görə, baş barmağın qabarı ətrafında halqalanan "həyat xətti”nə diqqət yetirməklə, insan sağlamlığının necə olacağını, həyatının necə keçəcəyini, ömrünün qısa və ya uzun olacağını təxmin etmək mümkündür.

Köndələn şəkildə şəhadət barmağına doğru uzanan və bəzən ovucun ortasında olan xəttə ürək və ya ünsiyyət xətti də deyilir. Bu xətt vasitəsilə insanın daxili aləmi, hisləri və başqaları ilə ünsiyyət qurmaq bacarığını təyin etmək olur.

Üçüncü xətt isə baş barmaqla şəhadət barmağı arasından başlayaraq ovucun çeçələ barmaq istiqamətinə doğru uzanır. Xəttin uzunluğu, dərinliyi insan ağıl və intellekt səviyyəsini göstərir.

Əsas xəttlərdən olan 4-cü vasitəsilə insanın hansı peşəyə sahib olacağı, hətta ömrünü səyahətlərdə keçirib-keçirməyəcəyini oxumaq mümkündür. Tale xəttinin qırıq və kəsik şəkildə olması isə həmin adamın həyatının keşməkeşli olacağından xəbər verir.

Əlin kənarındakı xətlər vasitəsilə isə ailə həyatı, hətta insanın neçə övlada sahibi olacağı ilə bağlı suallara da cavab tapmaq mümkündür.

Lakin unutmaq olmaz ki, insan əlində olan cizgilər tam olaraq onun həyatının göstəricisi olmaya da bilər.

Aytən Novruzova / Metbuat.az



 

OXŞAR XƏBƏRLƏR

İmtahandan maksimum bal yığdı

Sumqayıt şəhər 1 nömrəli məktəbin biologiya müəllimi Zəhra Süleymanova sertifikasiya imtahanında 60 bal toplayıb.   Sera.az xəbər verir ki, bu bfarəd...

Paraşütçü tullanma zamanı başqa bir paraşütçü ilə toqquşaraq həyatını itirdi

ABŞ-ın Corciya ştatında keçirilən atlama zamanı 48 yaşlı paraşütçü Jasmin Blək havada başqa bir paraşütçünün paraşütü ilə toqquşaraq həyatını itirib. Sfera.a...

Dima Bilanın səsi batıb

Rusiyanın Əməkdar artisti Dima Bilanın səsi tutulub.   Sfera.az xəbər verir ki, bu barədə ifaçı özü məlumat yayıb. O, bu səbəbdən Soçidəki konse...

Messi ilə görüşdən danışdı: Meydanda dost yoxdur!

PSJ-nin müdafiəçisi Əşrəf Hakimi klublararası dünya çempionatının 1/8 final mərhələsində “İnter Mayami”yə qarşı keçiriləcək qarşılaşma barədə fikirl...

ABŞ-da həddindən artıq istilər səbəbindən yollar çöküb - VİDEO

ABŞ-ın Missuri ştatındakı Cape Girardeau şəhərinin yollarında istilər səbəbindən nəhəng çuxurlar əmələ gəlib. Bəzi sürücülər yollarda səviyyə fərqinə görə çətin...

Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı

Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aparılan dövlət nəzarət tədbirləri zamanı bir sıra topdan və pərakəndə s...