Hansı məşhurlar əfvə düşmədi? - SİYAHI

Hansı məşhurlar əfvə düşmədi? - SİYAHI
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev bu gün əfvsərəncamı imzalayıb. 

Sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 412 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş iki nəfərdən birinin cəzası 25, digərininki isə 15 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəzlənib. Ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının çəkilməsi təxirə salınmış bir nəfər cəzadan azad edilib. Həmçinin azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş dörd nəfər cəzadan azad olunub. Bir nəfər islah işləri cəzasından, üç nəfər isə cərimə cəzasından azad edilib.

"Qaynar" xəbər verir ki, İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun Əfv Komissiyasına təqdim etdiyi bəzi məşhurlar isə əfv siyahısına düşməyib. Belə ki, İşçi Qrupu sabiq səhiyyə naziri Əli İnsanov, ReAL hərəkatının sədri İlqar Məmmədov, NİDA-çı gənclər Qiyas İbrahimov, Bayram Məmmədov, AXCP sədrinin köməkçisi Faiq Əmirli, AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı əfv olunmayıb.

Qeyd edək ki, adı siyasi məhbus siyahısında olanlardan Qənimət Zahidin qohumları - Rüfət və Rövşən Zahidovlar, "NİDA"çı Əbdül Əbilov, AXCP Gənclər Komitəsinin fəalı Elvin Abdullayev, Emin Millinin qaynı Nazim Ağabəyov əfv olunub.

Həmçinin DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, general Zakir Nəsirovun ömürlük cəzası 15 ilə dəyişdirilib. O, 2005-ci ildə Hacı Məmmədovun işi üzrə həbs olunmuşdu.

OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...