Azərbaycanda məmur arvadının qabırğalarını SINDIRDI

Azərbaycanda məmur arvadının qabırğalarını SINDIRDI

 

Azərbaycanda uzun müddət yüksək vəzifədə işləmiş məmur arvadı vəhşicəsinə döyərək 3 qabırğasını sındırıb. 

baku.ws xəbər verir ki, Gülər adlı xanım 25 ildir ailə həyatI qurub. O, ailə həyatının ilk günlərindən yoldaşı tərəfindən şiddətə məruz qalıb. Belə ki, gəlin gəldiyinin 3-cü günü həyat yoldaşı ona köynəyinin düyməsini açmağı tapşırıb. Qadın bu işı bir az gec etdiyi üşün isə möhkəmcə döyülüb. Sonradan səbəbsiz yerə döyülmələr çoxalıb və daimi hal alıb. Evli olduğu müddətdə qadın 3 oğlan uşağı dünyaya gətirib. Davamlı olaraq döyülən qadın hətta oğlanlarına atalarının üzünə ağ olmamağı və ona hörmət etməyi tapşırırmış.
 
Gülər xanım bir neçə gün əvvəl növbəti dəfə əri tərəfindən döyülərkən huşunu itirib və qonşular məsələyə müdaxilə etmək məcburiyyətində qalıblar. Xəstəxanaya yerləşdirilən qadın yoldaşının qorxusundan yenidən evə qayıtmaq istədiyini bildirib. Amma həkimlər buna ciddi etraz ediblər. Tibbi ekspertiza zamanı 3 qabırğasının sındığı və ağciyərində qan laxtasının toplandığı məlum olub. Sonradan qadın polislər tərəfindən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sığınacağına verilib. Hazırda qadının bütün bədəni göm-göydür. Vəziyyəti ağır olduğundan sığınacağın xəstəxanasında saxlanllır.
  
Onu da qeyd edək ki, Gülər xanımın həyat yoldaşı uzun müddət vəzifədə işləyib. Hal-hazırda isə işsizdir. O, xanımını işləməyə məcbur edərək onun pullarını da mənimsəyirmiş.  Biz o şəxslə görüşəndə "Arvad mənimdir, istəyəndə döyürəm, istəyəndə sevirəm. Bunun kimə nə dəxlı var?"  Bu şəxs ali təhsilli, savadlı insandır. Qadın yenə də uşaqlarının xətrinə geri dönmək istədiyini bildirib", - deyə sığınacaqdan bildirilib.  

 


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...