Unibank -elektron ticarət sahəsində liderdir

Unibank -elektron ticarət sahəsində liderdir

 

Unibank "Elektron ticarətin inkişafında lider bank” nominasiyası üzrə 1-ci yerin qalibi olub. Mərkəzi Bankın təşəbbüsü və Azərbaycan Banklar Assosiasiyasının təşkilatı dəstəyi ilə 2016-cı il üzrə nağdsız ödənişlərə dair nominasiyalar çərçivəsində bankların illik fəaliyyətlərinin qiymətləndirilməsi zamanı, Unibank daha bir neçə nominasiya üzrə mükafatlandırılıb. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən və öz fəaliyyətində bu prinsipləri əsas tutan bank, "Təmassız POS-terminal infrastrukturu üzrə lider bank” və "Təmassız ödəniş kartları üzrə lider bank” nominasiyaları üzrə isə 2-ci yeri tutub.

Unibank-ın ölkədə nağdsız hesablaşmaların həcminin artırılması, elektron ödəniş xidmətlərindən istifadənin inkişafına verdiyi töhfədə Unibank Mobile əlavəsinin xüsusi rolu var. Çoximkanlı funksiyaları ilə ölkə banklarının mobil əlavələri sırasında istifadəçilər tərəfindən ən çox yüklənən Unibank Mobile, "Deloitte & Touche LLC” şirkəti tərəfindən 2016-cı il üçün MDB məkanında ən mükəmməl mobil əlavələrdən biri hesab olunub.

 

Unibank bazarda öz elektron ticarət partnyorlarının sayına görə də üstün yerlərdədir. Bankın tərəfdaşları sırasında bu gün 300-dən artıq internet ticarətçiləri var. İstənilən Visa və MasterCard kartlarına sahib olanlar asanlıqla və çox rahat, təhlükəsiz şəkildə həmin dükanlardan alış-veriş edirlər. Ölkənin ən geniş ödəniş portalı kimi tanınan hesab.az Unibank-ın böyük partyorlarından biridir.

Unibank bundan sonra da ölkədə elektron ticarətin inkişafına öz dəstəyini verməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) ) və yaxud facebook (www.facebook.com/unibank.az və twitter (//twitter.com/unibank) səhifələrindən əldə etmək olar.

 

Unibank-hər kəsin bankı!


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...