Dəhşətli SOYUQLAR GƏLİR: Yer nəhəng buzlağa çeviriləcək - XƏBƏRDARLIQ

Dəhşətli SOYUQLAR GƏLİR: Yer nəhəng buzlağa çeviriləcək - XƏBƏRDARLIQ

 

Yer kürəsində 5-ci buz dövrü başlayır.

Publika.az xəbər verir ki, bu barədə geologiya-minerologiya elmləri doktoru Vladimir Polevanov Rusiya mətbuatına bildirib. Onun sözlərinə görə, planetdə bu günə qədər baş vermiş dörd buz dövrünün beşincisi də əvvəlkilər kimi bir çox ərazilərdə həyat əlamətini donduracaq. İlk donanlardan isə Şimali Amerika və Kanada olacaq. ABŞ və Kanadada qeydə alınmış dözülməz şaxtalar buna nümunədir. Əlamətlər artıq ötən qış mövsümlərində özünü büruzə verib. Hər iki ölkədə qışda havanın hərarəti normadan 7 dərəcə aşağı düşüb. Ən əsası Kanadada yerləşən Lavrenti buzlağının həcmi artıb. Bütün buzlaşma dövrləri də bu ərazidən qaynaqlanıb. Alim bildirir ki, 1000 ildən sonra Skandinaviyada yerləşən buzlaqlarının həcmi artacaq və Peterburqa qədər ərazilər buzlanacaq. 8-10 min il sonra Moskvanın ərazisində nəhəng buz "səhra” yaranacaq.

"Təbii fəlakətlər, xüsusilə də qışın çox sərt keçməsi həmişə olub. Amma son dövrlərdə isti ərazilərdə gözlənilmədən qar yağması, nəinki şimal ölkələrində, hətta cənubda da qışın sərt keçməsi öz sözünü deyir. "Avropanın sobası” adlanan isti Qolfstrim axının donması təhlükənin həddini açıq-aydın göstərir. Bu axın Meksika körfəzindən qaynaqlanan, Karib dənizində isinib keçərək 50 milyon kubmetr isti suyu Avropaya daşıyır. Onun gücü atom stansiyasına bərabərdir! İndi təsəvvür edin ki, belə bir təbii soba donur”, - deyə alim vurğulayıb.

Yeri gəlmişkən, 2002-ci ildə Hollivudda "Buz dövrü” adlı cizgi filmi çəkilmişdi. Film təkcə uşaqların deyil, böyüklərin də xoşuna gəldiyindən silsilə şəkildə bölmələri ərsəyə gəldi. Cizgi filmində qeyd olunurdu ki, Yer kürəsində buzlaşma başlayır və öldürücü soyuqlardan qorunmaq üçün hamı cənuba doğru tələsir. Alimlər isə filmin yaradıcılarını öngörücülər adlandırırlar. Çünki yaxın gələcəkdə, həqiqətən də insanların cənub ölkələrinə axınının başlanacağını güman edirlər.

Qeyd edək ki, hələ 2005-ci ildə Londonda iqlim dəyişikliyi ilə bağlı elmi konfrans keçirilmişdi. Həyəcan siqnalı verilmişdi ki, XXI əsrin ortalarında Qolfstrim axını tamamilə donacaq. Konfransdan sonra Qolfstrimin monitorinqinə Böyük Britaniya 200 milyon funt, ABŞ isə 400 milyon dollar ayırmışdı. Amma 2010-cu ilin aprelində Meksika körfəzində yerləşən neft platformasında güclü yanğın baş vermişdi. Bu yanğının qəza deyil, bilərəkdən törədildiyi iddia olunurdu. İtaliyan fizik doktor Zanqari bu hadisəyə "Planetin iqliminin kardiostimulyatorunu məhv etdilər”, - deyə açıqlama vermişdi.

V.Polevanov xatırladır ki, hələ 1300-cü ildə Qolfstrimdə belə buzlaşma baş vermişdi və insanlar bir əsr yarım dəhşətli soyuqlardan əziyyət çəkmişdilər: "İndi isə tarix təkrarlanır. Amma bunun nə qədər davam edəcəyi və ya əbədi olub-olmayacağını isə demək mümkün deyil”.


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...