“Günəşli” yatağında 7 nəfər xilas edilib
Cəmiyyət
19:18 / 06.12.2015
1089
Hazırda “Günəşli” yatağının yanğın baş vermiş 10-cu blokunda xilasetmə işləri aparılır.
Sfera.az-ın APA-ya istinadən məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın canlı qüvvəsi və texnikası yanğın baş vermiş platformaya enib. Hadisə baş vermiş platformada xilasetmə əməliyyatları başlayıb və artıq 7 nəfər xilas olunub. SOCAR prezidenti Rövnəq Abdullayev, fövqəladə hallar nazirinin birinci müavini Rəfael Mirzəyev də hadisə yerindədirlər. Qeyd edək ki, dünən baş verən güclü tufan saat 17:40 radələrində “Günəşli” yatağındakı 10-cu dərin dəniz özülündə qaz xəttini sıradan çıxarıb, nəticədə yanğın baş verib.