Ermənistanda seçki ilə bağlı silahlı insident - yaralılar var
17:18 / 14.03.2017
869
Ermənistanın Armavir vilayətinin Crarat kəndində hakim Respublika Partiyasının yerli strukturunun nümayəndələri "Ohanyan-Raffi-Oskanyan” blokunun tərəfdarlarına silahlı hücum ediblər.
Sfera.az "news.am”a istinadən verdiyi xəbərə görə, bu barədə blokun seçkiqabağı qərargahının yaydığı məlumatda deyilir.
Hadisə bu gün günorta saatlarında baş verib. Nəticədə 3 nəfər xəstəxanaya yerləşdirilib.