Əslində nə baş verib? - Hadisə şahidi danışdı (FOTOLAR)

Əslində nə baş verib? -  Hadisə şahidi danışdı (FOTOLAR)
“Dalğa çox böyük olduğuna görə xilasedicilər köməyə gələ bilmirdi”.

Bu sözləri Femida.az-ın xəstəxanada olan əməkdaşına qəza baş verən zaman platformanın rəisi Allahverdi Məmmədov deyib. Onun sözlərinə görə hava şəraiti həddindən artıq pis olub:“Həmin gün çox küləkli idi. Bizim blokdakı cihaz küləyin sürətini təxminən 35 m/file/articles/san göstərirdi. Özülün şimal hissəsində yerləşən kəmərlərdə qırılma oldu. Xətlər bir-birindən aralandı, alov püskürdü. Alov çox hündür olduğundan nə baş verdiyini anlamaq olmurdu. Nəfəs almaq mümkün deyildi. Külək Şimal-qərb istiqamətində olduğundan, tez bir zamanda platformanı alov bürüdü”.Hazırda Mərkəzi Neftçilər Xəstəxanasında müalicə alan A.Məmmədov daha sonra bildirib:“Hadisə günü özüldə 63 nəfər var idi. Biz insanları qayıqlara mindirərək platformanın aşağısına saldıq ki, tüstüdən xilas olsunlar. Daha sonra özüm də qayıqlardan birinə mindim. Mən olan qayıqda 27 nəfər idik. Oradakı insanların hamısı sağ-salamatdı. İşçiləri qayığa mindirəndən sonra rəhbərliyə məlumat verdik”.Qeyd edək ki, dekabrın 4-də "Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə baş verən yanğından 32 nəfər xilas edilib, bir nəfər isə həlak olub. Digər şəxslərlə bağlı axtarış-xilasetmə işləri davam etdirilir. 


OXŞAR XƏBƏRLƏR

Belarusda ikinci AES tikilə bilər

Belarus prezidentliyinə namizəd, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Syrankov hesab edir ki, respublikanın ikinci Atom Elektrik Stansi...

Dini qurumlara maliyyə yardımı ayrıldı - Prezidentdən SƏRƏNCAM

Azərbaycandakı dini qurumlara maliyyə yardımı ayrılıb.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev dini qurumlara maliyyə...

Azərbaycanın neft hasilatı azalıb - RƏSMİ

Azərbaycan hazırda 3 yataqdan neft çıxarır.   Sfera.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, 2024-cü ildə 29,1 milyon ton neft (kondensat...

Azərbaycanın ən böyük bankı maliyyə vəziyyətini açıqladı

Aktivlərinin həcminə görə ölkəmizdə ən böyük bank olan “Azərbaycan Beynəlxalq Bankı” ASC (ABB) 2024-cü il (yanvar-dekabr) üzrə maliyyə göstəriciləri...

Mənzil bazarında çöküş - Qiymətlər sürətlə enir

Azərbaycanın mənzil bazarında son aylarda satışla bağlı durğunluğun yaranması müşahidə edilir. Bazarda alıcıların azalması mənzil satanları çətin vəziyyətə salı...

Karyerada inkişaf, yeni imkanlar, dəyişikliklər... - “Planetlərin böyük paradı” bürclərə nə vəd edir?

Xəbər verdiyimiz kimi, 2025-ci ildə 3 dəfə “planetlərin böyük paradı” müşahidə olunacaq.  Bunlardan biri 21 yanvar tarixində baş verəcək. Belə ...