Vergilər Nazirliyində yeni departament yaradıldı - YENİLƏNİB

Vergilər Nazirliyində yeni departament yaradıldı - YENİLƏNİB

Vergilər nazirinin əmri ilə nazirliyin strukturunda Əlaqələndirmə və idarəetmə Departamenti yaradılıb.

Sfera.az bildirir ki, Nazirliyin Media və Kommunikasiya Mərkəzindən APA-ya verilən məlumata görə, yeni departament vergi orqanları və yerli strukturlar arasında koordinasiyanı təmin edəcək. Departamentin tərkibində Əlaqələndirmə, İdarəetmə, Monitorinq və Qiymətləndirmə şöbələri fəaliyyət göstərəcək ki, onlar Vergilər Nazirliyinin struktur vahid və bölmələrinin fəaliyyətinin qarşılıqlı əlaqələndirilməsinin təmin edilməsi, vergi əməletməsi üzrə fəaliyyətin kompleks təhlili istiqamətində və s. funksiyaları icra edəcək.

Yeni yaradılmış departamentin baş direktoru vəzifəsinə vergilər nazirinin müşaviri İlqar Əhmədov təyin edilib.

-----------

09:12

 

Vergilər Nazirliyinin rəhbərliyində kadr dəyişikliyi olub.

Sfera.az APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru vəzifəsinə Xəqani İsgəndərov təyin olunub.

Bunadək adıçəkilən vəzifəni İlqar Əhmədovu tutub.
 
Qeyd edək ki, İ.Əhmədov Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin baş direktoru olmaqla yanaşı vergilər nazirinin müşaviri də olub. Hazırda o müşavir kimi fəaliyyətini davam etdirir.


OXŞAR XƏBƏRLƏR