Saçlarını Boyatdı, Həyatı Qaraldı! - ŞOK FOTOLAR
00:14 / 13.03.2017
1906
Saçındaki ağları rəngləmək istəyən Ann-Marie Hyde'in həyatı istifadə etdiyi saç boyası sonrasında sanki qaraldı.
30-cu doğum günündən bir neçə gün əvvəl Ann-Marie Hyde saçındaki ağları rəngləmək üçün saç boyası istifadə etməyə qərar verdi. 10 ildir eyni saç boyasını istifadə edən qadının dərisi bir neçə saat sonra allergik reaksiya göstərdi.
Sfera.az bildirir ki, bütün üzü şişən Hyde, iki gün boyunca göz qapaqlarının şişib gözünü bağlaması səbəbiylə müvəqqəti korluq yaşadı. Təcili olaraq xəstəxanaya qaldırılan qadını, həyat yoldaşı tanımaqda çətinlik çəkərkən 5 yaşındakı oğlu anasının üzünü görüncə gözyaşlarına boğuldu.
Daily Mailin xəbərinə görə Hyde indi firmaya məhkəmə iddiası açmağa hazırlaşır.
Hər hansı bir allergik reaksiya ilə qarşılaşmamaq üçün saçını rəngləmədən iki gün əvvəl allergiya testini etdiyini ifadə edən qadın rəngləmədən qısa bir müddət sonra baş dərisinin yanmağa və qaşınmağa başladığını ifadə edir. Sabah oyandığında dərisində bir gərginlik hiss edən Hyde işinə getdiyində müdirinin təcili olaraq xəstəxanaya getməsi lazım olduğunu söylədiyini, o ana qədər üzünün şişdiyinin fərqində olmadığını əlavə edir.
Xəstəxanaya getdiyində antihistaminik və steroidlerle dərman müalicəsi tətbiq olunan Hyde bu an yaxşı vəziyyətdədir.
Yanvar ayında reallaşan hadisədən bəri saçını boyamadığını ifadə edən qadın, bir daha saç boyası istifadə etməyi düşünmədiyini də əlavə edir.

