Ermənilər Qarabağa görə Bakıya gəlir

Ermənilər Qarabağa görə Bakıya gəlir

Bakıda Qarabağ müzakirə ediləcək.

Martın 14-də "Holiday İnn Baku” hotelində saat 09:30-da "Dağlıq Qarabağ münaqişəsi: mənbələr, sülhməramlılıq və vətəndaş cəmiyyətinin rolu” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçiriləcək.

"Qaynar" "Azeri.today”ə istinadən verdiyi məlumatına görə, konfransda müxtəlif ölkələrdən 40-dan artıq alim və siyasətçi iştirak edəcək.

Beynəlxalq konfrans tarixi məsələlərə, beynəlxalq dialoqun genişlənməsinə, sülh təşəbbüslərinə, həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həllinin tapılması məqsədilə Ermənistan-Azərbaycan dialoquna həsr olunacaq.

Konfransda Azərbaycandan, Gürcüstandan, Rusiyadan, Türkiyədən, Qazaxıstandan, Kanadadan, Ukraynadan, İsveçdən, Özbəkistandan olan alimlər, siyasətçilər və ictimai xadimlər, həmçinin, erməni xadimləri və tədqiqatçıları iştirak edəcək. Konfrans "Qafqazın tarixi mərkəzi” ictimai birliyi tərəfindən təşkil edilir.

Qeyd edək ki, 2016-cı ilin 6 dekabr tarixində Ermənistan və Azərbaycanın ictimai xadimlər qrupu Bakıda "Ermənistan və Azərbaycan arasında sülh Platforması”nı təsis ediblər. Son aylarda Platformaya çoxsaylı erməni fəal qoşulub.



OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...