Banklar bu məlumatları müştərilərdən gizlədir - Diqqətli olun! (Video)

Banklar bu məlumatları müştərilərdən gizlədir - Diqqətli olun! (Video)

Banklar bəzi məlumatları müştərilərdən gizlədir. Çünki gizlədilən məlumatlar konkret olaraq bankların faydasından çox zərərinə ola bilər. Halbuki, həmin məlumatların müştərilərə çatdırılması bankların vəzifə borcudur.

Sfera.az Xezerxeber-ə istinadən xəbər verir ki, belə məlumatlardan biri budur ki, vətəndaş krediti alandan sonra onu ödəmə qabiliyyətini itirərsə, bununla bağlı banka rəsmi müraciət edə və bank faizlərinin hesablanmasını dayandıra bilər.

Bankların müştərilərin ödəmə qabiliyyətini artırmaq üçün qarşılaşdığı problemləri həll etməklə bağlı vəzifələri də var. Yəni bank təkcə müştəridən nəsə almaq yox, həm də onun maliyyə vəziyyətini normallaşdırmaq üçün ona köməklik göstərməklə də mükəlləfdir. Bu, o halda olur, müştərinin krediti problemli kreditlər siyahısına düşür və ödəmə qabiliyyətini tam, ya da qismən itirmiş olur.

Üçüncü bir məqam isə bundan ibarətdir ki, banklar bəzən müqavilə vaxtı bitən kreditlərə də əlavə faiz hesablayır və vətəndaşdan qanunla müəyyən olunmuş miqdardan daha çox vəsait tələb edirlər. Ancaq əslində vətəndaşın bank faizləri ilə bağlı öhdəliyi müqavilənin vaxtı bitən günə qədərdir.

Bankların vətəndaşlardan gizlətdiyi məlumatlar arasında komisyon haqlar, sığorta haqları, girovların qəbul edilməsi və girov qoyulması prosesindəki ödənişlər barədə öncədən məlumat verməmələri də yer alır. Məhz belə məqamların olması nəticəsində müştərilərlə banklar arasında mübahisələr yaranır, ya da müştərilərin banka olan etimadının itməsinə səbəb olur.



OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...