Qadınlar 8 marta nə istəyir ?

Qadınlar 8 marta nə istəyir ?

Sfera.az "ACT Azərbaycan” 22 – 27 fevral tarixlərində Bakı şəhərində apardığı sorğu nəticələrini təqdim edir.

Mart ayı girər-girməz qadınların üzünə təbəssüm, qəlblərinə sevinc qonur. Səbəbi hər kəsə məlumdur - 8 mart Beynəlxalq qadınlar günü. Sevgililər gününün xərcindən canını yenicə qurtaran kişilər bu dəfə də ətraflarındakı qadınları sevindirməlidirlər. Bəs 8 martda qadınlar kişilərdən nə hədiyyə gözləyir ?

Apardığımız sorğu nəticəsində məlum oldu ki, həm qadınlar (83 %), həm də kişilər (78 %) 8 mart beynəlxalq qadınlar gününü bayram olaraq qeyd edirlər. Hər iki cinsdən olan respondentlər bu günü evdə (78 %) qeyd etməyi tərcih edirlər. 

Kişilər hər bayram olduğu kimi bu bayramda da qadınları bir dəstə gül ilə sevindirməyi düşünürlər ( 54 %). Qadınları ətirlə sevindirmək istəyən də yetəri qədərdir ( 45 %). 14 % kişi respondent qadınları sevindirməyin qısa yolunu tapıb. Onlar zərif cinsi pulla sevindirəcəklər. 13 % kişi isə bayramda əməlli-başlı xərc çəkərək zinət əşyası hədiyyə edəcək. Xanımların gözəlliyinə gözəllik qatıb onlara kosmetika və qulluq vasitələri hədiyyə etmək istəyənlər isə 8 %-dir. 

Bəs görəsən Bakının zərif xanımları bu bayram günündə kişilərdən nə hədiyyə almaq istəyir ? Rəyini soruşduğumuz qadınların tam yarısı kişilərdən bir dəstə gül almaq istədiyini bildirib ( 50 %). Ətirlə bayramına əhval-ruhiyyə qatmaq istəyən xanımların da sayı kifayət qədərdi ( 46 %). "Əsas hədiyyə deyil, diqqətdir” deyən xanımlar isə sorğuda 10 % səs toplayıb. Maraqlısı odur ki, bu fikri səsləndirənlərin əksəriyyəti ahıl qadınlardır (65 və çox yaş-31% ). Gəlin, bu bayram günü onları diqqətdənkənar qoymayaq !

Sorğu 22 – 27 fevral tarixlərində Bakı şəhərində 400 respondent arasında telefon vasitəsilə həyata keçirilib. Sorğu nəticələrinin yanlışlıq həddi maksimum 4.9 %-dir.


OXŞAR XƏBƏRLƏR

Kripto bloqqeri oğurlayan soyğunçular pul ala bilməyəndə görün nə et0dilər?

Fransız kripto bloqqeri və məşhur “TikTok” məzmun yaradıcısı adam oğurluğunun qurbanı olub, lakin ertəsi gün sərbəst buraxılıb. Soyğunçular onun gir...

80 yaşlı kişi hələ də supermarketdə işləyir - SƏBƏB

Kaliforniyada (ABŞ) dəbdəbəli evlərin keçmiş memarı Qari Salinq sevdiyi qadına verdiyi sözə görə 80 yaşında hələ də işləməyə davam edir. 2017-ci ildə onun həyat...

6 il ərzində aldatma yolu ilə pulsuz səyahət etdi

ABŞ-da bir adam özünü stüardessa kimi göstərərək və saxta məlumatlardan istifadə edərək 120 pulsuz uçuş həyata keçirib.   Sfera.az bildirir ki, 35 yaşl...

AzTV üzr istədi

Azərbaycan Dövlət Televiziyası tamaşaçılardan üzr istəyib.   Sfera.az xəbər verir ki, bu barədə telekanalın yaydığı açıqlamada deyilir:   ...

Müavinət və təqaüdlərin artımları nə vaxt ödəniləcək?

Müavinət və təqaüdlərdə yeni artımlar ölkəmizdə sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində növbəti mühüm addım olmaqla, vətəndaş rifahının təminatı...

Mahmud Əhmədinejadın öldürülməsi xəbəri təkzib edildi -YENİLƏNDİ

İranın sabiq prezidenti Mahmud Əhmədinejat Tehranda küçədə açılan atəşlə qətlə yetirilib.   Sfera.az xəbər verir ki, bu haqda İran KİV-də xəbərlər ya...