Tramp yenə müsəlmanlara qadağa qoydu - Əvvəlki qərardan fərqi nədir? - FOTO

Tramp yenə müsəlmanlara qadağa qoydu - Əvvəlki qərardan fərqi nədir? - FOTO

Bir neçə həftə əvvəl Amerikanın 45-ci prezidenti Donald Tramp müsəlmanların Amerikaya səyahətinə qadağa qoyulması ilə bağlı fərman imzalayıb. Lakin Amerika məhkəməsi qadağanı ləğv etmişdi.

Sfera.az "Habertürk"ə istinadla bildirir ki, Tramp məhkəmənin qərarına rəğmən müsəlmanlara qoyulan səyahət qadağası ilə bağlı fərmanını yeniləyib. Qərar İran, Libya, Suriya, Yəmən, Somali və Sudan vətəndaşlarına aiddir. 

Ötən gün imzalanan sənəd 10 gün sonra, martın 16-dan qüvvəyə minəcək.

Yeni fərman Amerikada işləyən və yaşama icazəsi olan "Green card" sahiblərinə aid edilmir.

 

Bu qərarın əvvəlki fərmandan əsas fərqi isə ölkələrin siyahısında İraqın olmamasıdır. Bu isə İraqın terrorla mübarizəsində Pentaqonun israrı ilə bağlıdır.

"Reuters"'in xəbərindən sonra İraqın Xarici İşlər Nazirliyi qərarla bağlı açıqlama yayıb:

"Qərar doğru istiqamətdə atılan addımdır. Bağdad və Vaşinqton arasındakı strateji ortaqlığı gücləndirəcəkdir."


OXŞAR XƏBƏRLƏR

PA-ya işə düzəltmə adı 3000 manatlıq dələduzluq

Bakıda vətəndaşı 3000 manata Prezident Adminstrasiyasına (PA) işə düzəldəcəyini və edərək dələduzluq cinayəti törətməkdə təqsirləndirilən şəxsə hökm oxunub.&nbs...

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ oldu

Panama sahillərində 6,2 maqnitudalı zəlzələ baş verib.   Sfera.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Araşdırma Mərkəzi məlumat yayıb.   ...

Avtobus avtomobilin sürücüsünü belə vurdu - VİDEO

"Sürücülərdən birinin təhlükəsizlik qaydalarına əməl etməməsi, digərinin isə diqqətsizliyi ağır qəzanın baş verməsinə səbəb olub".   Sfera....

Çimərlikdə batma təhlükəsi ilə üzləşən uşaq xilas olundu

İyulun 14-də çimərlikdə bir azyaşlı batma təhlükəsi ilə üzləşib.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. &n...

Gəncədə zəncirvari qəza- 4 avtomobil toqquşdu

Gəncədə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.   Hərəkətdə olan &ld...

Azərbaycanda maşının yürüşünü çəkənlər 3 min manat cərimələnə bilər - VİDEO

Sifarişlə Azərbaycana gətirilən avtomobillərin bəzilərinin kilometrajı alındığı ölkələrdə silinir.   Sfera.az Xəzər TV-yə istinadla xəbər verir ...